Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla səhrəddə yaxın ərazilərdə xidmət edən əsgərləri ziyarət edib.
Paşinyan bu haqda sosial şəbəkədə məlumat yayıb:
“Yeni il ərəfəsində mən sərhəddə xidmət edən hərbi qulluqçularımıza baş çəkdim və onlara göstərdikləri fədakar xidmətə görə təşəkkür etdim”, – Paşinyan bildirib.
Ermənistan hökumətinin başçısı xidmət zamanı fərqlənən hərbçiləri mükafatlandırıb.