• 23 Noyabr 2024 08:24

Hansı damarlar daha tez tıxanır – Ağla gəlməyən nahiyə

 

Arteriyalarda xolesterin tıxaclarının yaranması müəyyən faktorlardan asılı olaraq orta yaşdan başlayır.

Daha çox siqaret çəkənlərdə, kök insanlarda, şəkər və təzyiq xəstələrində olur.

Amma ən birinci səbəb doymuş yağlarla zəngin qidalardır.

Bakupost.az xəbər verir ki, arteriyalarda piy, yağ tıxacları zaman-zaman bərkiyir və olduğu nahiyədə ağrı verir.

Bədəndə birinci tıxanan damarlar beldə, kürəkdə yerləşənlərdir.

Hətta artıq 30 yaşda çox insanlarda bu damarlarda artıq tıxanmalar olur, bununla da, onurğa, bel, baş beynin qan dövranı pozulur.

Həkim kardioloq Oleq Varfolomeyev kürək arteriyalarının tıxanmasının əlamətlərini açıqlayıb.

“Bu xəstələrdə onurğa və ətraf əzələlərin qanla qidalanması pozulduğu üçün, fəqərələr, disklər zəifləyə, zədələnə bilər.
Onurğanın amartizasiya qabiliyyəti azalır.

Nəticədə sinirlərin sıxılması, yırtıq, ostexondroz, disk sürüşməsi, kürəkdə xroniki ağrı ola bilər.

Belində daim ağrı olan insanların bel arteriyalarında tutulma daha çoxdur. Tam tıxanma olduqda beyin qan dövranı pozulması baş verir.

Belə hallar insanın həyatını təhlükə altında qoyur”.

Tacxeber.com

Oxşar xəbərlər