• 22 Noyabr 2024 23:45

“Mən həbsxana xəstəxanasına aparılarkən zəhərləndim”.

 

Bu sözləri Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ukraynanın “Ukrainska pravda” nəşrinə müsahibəsində deyib.

Saakaşvili sualları yazılı şəkildə, əl ilə cavablandırıb. Azadlıqda olsaydı, indi harada olardı sualına eks-prezident belə cavab verib:

“Birincisi, Çörçildən sonrakı dövrün ən görkəmli dövlət xadimi hesab etdiyim prezident Zelenskinin yanında olardım. Eyni zamanda, Ukraynaya dəstəyi səfərbər etmək üçün çoxlu əlaqələrimdən istifadə edərək dünyanı gəzərdim. İkincisi, mən daim cəbhə xəttinə gedərdim, həm ukraynalı, həm də gürcü döyüşçülərinə kömək edərdim”, – deyə Saakaşvili bildirib.

O, deyib ki, müharibə Rusiyanın tam məğlubiyyəti və süqutu ilə başa çatacaq.

“Qələbənin konkret parametrlərini isə Vladimir Zelenski formalaşdırıb. Əgər qələbəyə qədər yaşasam Odessaya qayıtmaq və dəniz mənzərəsindən zövq almaq istəyirəm”, – deyə Mixail Saakaşvili bildirib.

Zəhərlənmənin kimə fayda verə biləcəyi, bunun necə və nə vaxt baş verdiyi sualına gəlincə, Saakaşvili belə deyib:

“Zəhərlənmə həbsxana xəstəxanasına məcburi köçürülmə zamanı baş verib. Orada qəflətən ağır xəstələndim və reanimatoloq sonra dedi ki, bu bir möcüzədir ki, mən ölməmişəm”, – deyə eks prezident əlavə edib.

Dekabrın 29-da keçmiş prezidentin saç və dırnaqlarının tədqiqi əsasında ekspertiza keçirən amerikalı toksikoloq Devid Smit Saakaşvili işi üzrə məhkəmə iclasına şahid qismində dəvət olunub. Smit bildirib ki, ağır metallarla zəhərlənmələr mart ayında, Saakaşvili hələ həbsdə olarkən başlayıb. Bu, eks-prezident “Vivamed” klinikasına köçürülməzdən əvvəl baş verib. Amerikalı toksikoloq bildirib ki, o, Mixail Saakaşvilinin xəstəlik tarixçəsi və laboratoriya müayinələrinin nəticələri ilə tanış olub, 170 səhifəlik hesabatdır:

“Bu metallar müxtəlif orqanlara təsir edib. Güman edirəm ki, zəhərli maddələrin dozası çox yükdək olub”, – deyə toksikoloq bildirib. (Konkret.az)

Tacxeber.com

Oxşar xəbərlər