• 22 Noyabr 2024 21:04

Rusiyada vətəndaş cəmiyyəti: qul, qul, yenə də quldurlar…

Rusiyada vətəndaş cəmiyyəti: qul, qul, yenə də quldurlar...

“Putin hər gün minlərlə belələrini öldürməyə hazırdır, bu, problemdir…”

“Bəlli bir ölkə Rusiyanı tədricən özünə tabe etdirir və o, müstəmləkəyə çevrilə bilər…”

“Rusiyanın Ukraynaya iki-üç güclü hücum üçün raketləri qalıb…”

“Kimsə Rusiya ilə danışıqlar aparmağı lazım bilir, mən isə hesab edirəm ki, onu məhv etmək gərəkdir…”

Rusiya cəmiyyəti Ukraynaya qarşı müharibədə “tamamilə öz Hitlerinə dəstək verir”.

Tacxeber.com xəbər verir ki, bu barədə yanvarın 1-də milli telemarafonun efirində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bəyan edib.

Onun sözlərinə görə, rusiyalıların Ukrayna ərazisində “nə uğrunda ölməyə hazır olduqları aydın deyil”.

“Yalnız hansısa maşın və ya hansısa pullar almaq üçün…Çox xəstə cəmiyyətdir. Və orada, daxildə nəyinsə baş verəcəyinə ümid etmək…Biz noyabr ayı üçün proqnoz vermişdik ki, küçələrə çıxa bilərlər…

Lakin biz onların vətəndaş cəmiyyətini yenidən tədqiq etdik, orada belə bir cəmiyyəti, təəssüf ki, görmədik. Kölə, kölə, yenə də kölədirlər. Öz nöqteyi-nəzərlərinə hüquqları yoxdur.

Və onların həyatının Putinin gözlərində heç bir dəyəri yoxdur, o, minlərlə belə insanları öldürməyə hazırdır. Və bu, bizim üçün də müəyyən problem yaradır”, – Danilov qeyd edib.

O, deyib ki, bir “qonşu ölkə” tədricən Rusiyanı özünə tabe etdirir və o, “müstəmləkəyə çevrilə bilər”.

“Rusiyalıların yeni “sahibləri” meydana çıxa bilər. Biz bu gün bəlli bir qonşu ölkənin tədricən Rusiyanı özünə tabe etdirdiyini müşahidə edirik, çünki onun orada öz maraqları var. Bu, bütün dünya üçün, o cümlədən bizim üçün böyük, çox böyük təhlükədir”, – Danilov vurğulayıb.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibinə Çini nəzərdə tutması barədə sual ünvanlanıb.

Cavabında Danilov qeyd edib ki, Rusiya ilə bağlı baş verən proseslərə diqqət yetirmək lazımdır. O cümlədən Rusiyanın Ukrayna ərazisinə iki-üç güclü hücum üçün raketləri qalıb.

“Onlar “gözlənilməz dost” əldə edə bilər və Rusiya müstəmləkəyə çevrilə bilər…Kimsə Rusiya ilə danışıqlar aparmağı lazım bilir, mən isə hesab edirəm ki, onu məhv etmək lazımdır. Özü də inkan daxilində tez bir zamanda”, – Danilov sözlərinə yekun vurub.

Tacxeber.com

Oxşar xəbərlər