Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun yeznəsinin qardaşı oğlu Fərid Novruzov DİN sıralarından uzaqlaşdırılıb.
Tacxeber.com xəbər verir ki, bu barədə Ovqat.com-a Daxili İşlər Nazirliyindən bildirilib.
“Naxçıvanın daxili işlər orqanlarında artıq Fərid Novruzov adlı şəxs işləmir”, – məlumatda vurğulanıb.
Qeyd edək ki, Naxçıvandan aldığımız məlumata əsasən, Vasif Talıbovun yeznəsi 3 gün əvvəl Siyaqut kəndindəki özünəməxsus yanacaqdoldurma məntəqəsinin arxasında çayçı açıb və oranı idarə etməyi öz qardaşı oğlu Fərid Novruzova tapşırıb. Fərid Novruzov bu vaxta qədər həm də yol polisi işləyirmiş.