Yaponiya Ukrayna prezidenti Volodimir Zelenskini mayın 19-21-də Xirosimada keçiriləcək G7 sammitinə dəvət etməyi planlaşdırır.
Tacxeber.com xəbər verir ki, bu barədə “Nikkei” qəzeti məlumat yayıb.
Elmau sammitində olduğu kimi, Yaponiya da “Yeddilik” qrupuna sədrlik edən ölkə olaraq Ukrayna probleminin intensiv müzakirəsinə şərait yaratmaq istəyir. Rəsmi Tokio hesab edir ki, V. Zelenskinin çıxışı G-7 liderlərini mövcud vəziyyətlə tanış edəcək.
Nəşr vurğulayıb ki, Tokio üçün G7-nin Ukrayna ilə bağlı fəaliyyətinin əlaqələndirilməsi Tayvan üzərində mümkün münaqişəyə hazırlıq üçün mühüm addımdır. Yaponiya hesab edir ki, belə bir münaqişə baş verərsə, o, birbaşa olaraq bu münaqişədə iştirak edəcək, ABŞ və Avropa ilə birlikdə Çinə tez və sərt cavab verəcək.