• 20 Sentyabr 2024 09:40

Doğrudanmı çoxlu miqdarda duzdan istifadə edilməsi stres yaradır?

Doğrudanmı çoxlu miqdarda duzdan istifadə edilməsi stres yaradır?

“Əksəriyyət insanlar qidada kalorinin və şəkərin miqdarına diqqət edir, amma duz aspekti insanların şüurunda diqqətdən yayınır…”

“Böyüklər üçün sutkada tövsiyə edilən duzun miqdarı 6 qramdan az təşkil edir, lakin əksəriyyət insanlar gündəlik olaraq 9 qram duz istifadə edir…”

“Tədqiqatlar göstərib ki, yüksək muqdarda duz olan pəhriz stres hormonunun midarını 75 faiz yüksəldir…”

“Duzdan həddən artıq istifadə edilməsi davranışımızda əsaslı dəyişiklik yarada bilər…”

Bir çox illər ərzində mütəxəssislər bizə istehsalçıların öz məhsullarında natriumun miqdarının azaldılması cəhdləri ilə paralel olaraq  duzdan istifadəni azaltmağa çağırış edir.

Məlumdur ki, qida rasionunda duzun həddən artıq çox olması qan təzyiqinin yüksəlməsinə gətirib çıxarır, bu da ürək tutması və ya insult riskini artıra bilər. İndi isə alimlər duzun stresin səviyyəsinə təsir edə biləcəyinə diqqət çəkib.

Tacxeber.com xəbər verir ki, bu barədə “Detaly” nəşri yazıb.

Böyüklər üçün tövsiyə edilən duzdan istifadə sutkada altı qramdan az təşkil edir, lakin əksəriyyət insanlar gündəlik olaraq təxminən doqquq qram duz istifadə edir.

Ötən il aparılan tədqiqat göstərib ki, qidaya duz əlavə edilməsi kişilərdə ömrü iki ildən çox, qadınlarda ilyarım azaldır, lakin bu da son deyil.

Edinburq universitetinin alimləri müəyyən edib ki, tətkibində duzun miqdarı yüksək olan məhsulların istifadə edilməsi ucbatından davranışda əsaslı dəyişikliklər baş verə bilər.

Siçanlar üzərində aparılan təcrübə göstərib ki, yüksək miqdarda duz olan pəhriz stres hormonunun miqdarını 75 faiz yüksəldir.

Bu nəticəyə gəlmək üçün Edinburq universitetinin alimləri erkək ciçanlardan istifadə edib, onlar, adətən, duzun miqdarı az olan pəhrizə riayət edib və onlara duzun muqdarı insanların istifadə etdiyi natriumin tipik miqdarına uyğun olan qida verilib.

“Cardiovascular Research” jurnalında dərc edilən tədqiqat göstərib ki, yüksək miqdarda duz olan qida alan siçanlarda təkcə stres hormonunun miqdarı artmayıb, həm də ətraf mühitin sresinə hormonal cavab onlarda adi pəhrizdə olan siçanlara nisbətən iki dəfə yüksək olub.

Ən vacibi odur ki, duz beyində orqanizmin stresə reaksiyasına məsul olan zülalları ifraz edən genlərin fəallığını yüksəldib.

“Bizim nə yeməyimiz və tərkibində duzun miqdarı çox olan məhsulların bizim psixi vəziyyətimizi necə dəyişdiyini anlamaq

əhval-ruhiyyənin yaxşılaşması yolunda mühüm addımdır, – bunu Edinburq Universitetinin ürək-damar Mərkəzinin professoru Metyu Beyli deyir. – Biz bilirik ki, duzdan həddən artıq çox istifadə edilməsi ürəyimizi, qan damarlarımızı və böyrəklərimizi zədələyir. İndi isə tədqiqat göstərib ki, qidamızda çoxlu miqdarda duzun olması həmçinin beynimizin stresin öhdəsindən gəlməsini dəyişir”.

Belə təcrübələrin duzun miqdarı yüksək olan pəhrizin beynimizə təsirini anlamağı yaxşılaşdırmasına rəğmən, tədqiqatçılar xəbərdar edir ki, biz hamımız nəticələrin insanlara aid edilməsində ehtiyatlı olmalıyıq.

“Heyvanlar və insanlar tərəfindən duzun udulması, istifadə edilməsi və mübadiləsində fərqlər var.

Gəmiricilər və insanların müqayisə edilməsində ehtiyatlı olmaq gərəkdir, bu zaman siçanlarda duzdan minimal istifadənin dəyərləndirilməsində qeyri-müəyyənliyini, həyatı boyunca natriumun insanlara nisbətən təsirinin nisbətən qısa olmasını, həmçinin duzun insan tərəfindən istifadə etməsinin az bəlli olan dəyərləndirilməsini nəzərə almaq lazımdır”, – tədqiqatçı izah edib.

Alınan nəticələri bilavasitə insanlara şamil etmək olmasa da, onlar ümid edir ki, onların fəaliyyəti nəticəsində insanlar duzdan həddən artıq istifadə edilməsi ilə bağlı risklər barədə daha yaxşı məlumatlı olacaq.

“Hazırda əksəriyyət istehlakçılar qidada kalorinin və şəkərin miqdarına diqdət yetirir, amma duz aspekti insanların şüurunda diqqətdən yayınır, – tədqiqarçılar qeyd edib. – Biz natriumun bizim əhval-ruhiyyəmizə təsirini və bizim özümüzü necə hiss etməyimizi biləndən sonra bütün bunlar dəyişə bilər”.

Healthy Walla

Tacxeber.com

Oxşar xəbərlər