Rusiyalı, əslən azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) Türkmənistanın paytaxtı Aşqabadda konsert proqramı ilə çıxış edib.
Tacxəbər xəbər verir ki, konsert zamanı ifaçı qeyri-adi halla rastlaşıb. Belə ki, xanım pərəstişkarlarından biri səhnəyə qaçaraq onu möhkəm qucaqlayıb. Bir qədər sonra mühafizəçilər qızı səhnədən endirə biliblər.
Hadisədən sonra xanım fanat təhsil aldığı Aşqabad Dövlət Maliyyə İnstitutundan qovulub. Hələ bu azmış kimi keçmiş tələbəyə 15 sutkalıq həbs cəzası da verilib.