• 23 Noyabr 2024 00:41

“Ukrayna avqustun sonuna qədər Krımı azad edəcək…”

“Söz verdiyimizi yerinə yetirməyə davam etsək və sanksiyalara əməl etsək, Ukrayna avqustun sonuna qədər Krımı azad edəcək”.

Moderator.az “TSN”-ə istinadla xəbər verir ki, bu proqnozu ABŞ-ın Avropadakı ordusunun keçmiş komandanı, istefada olan general Ben Qodjes  verib.

“Ukrayna Qərbin vəd etdiyi yardımı göstərmək və anti-Rusiya sanksiyalarını həyata keçirmək şərti ilə 2023-cü ilin avqust ayının sonuna kimi Rusiya tərəfindən işğal olunmuş Krımı azad edəcək”- general “Tvitter”dəki səhifəsində belə yazıb.

ABŞ-ın Avropadakı ordusunun keçmiş komandanı qeyd edib ki, Qərb Krımı daha geniş məsafədə yüksək dəqiqlikli silahlarla təmin edərsə, Ukrayna Krımı daha tez azad edə bilər. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər