ABŞ-ın Kolorado ştatında Meqan Hess adlı cənazə evi sahibinin əməlləri eşidənləri şoka salıb.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, 46 yaşlı Meqan Hess anası ilə birlikdə 560 cəsədi hissələrə bölərək satıb.
Hess və 69 yaşlı anası Şirli Koxun cəsədləri parçalayaraq cərrahi təlim şirkətlərinə satdığı üzə çıxıb.
Hessin anası Şirli Kox da əməllərini etiraf edib.
Hess mərhumların ailələrini aldatdığına görə 20 il, anası isə dələduzluq ittihamı ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə sənədlərində 69 yaşlı ananın əsas rolunun cəsədləri parçalamaq olduğu yazılıb.
Araşdırmalardan sonra məlum olub ki, ana və qızdan meyit hissələrini alan şirkətlər dələduzluqdan xəbərsiz olublar.
Qeyd edək ki, ABŞ-da transplantasiya üçün ürək, böyrək və vətər kimi orqanların satışı qanunsuzdur. ABŞ qanunları yalnız bu orqanların donorluğuna icazə verir.