Balqabaq tumunun tǝrkibindǝ hüceyrələrimizi xəstəliklərdən qoruyan və bədənimizdəki iltihabı azaldan bir çox antioksidant var.
Balqabaq tumu, qaraciyər, sidik kisəsi, bağırsaq və oynaqların sağlamlığı üçün istehlakı məsləhət olunan qidalardandır.
1. Balqabaq tumları tərkibindəki E vitamini və sink sayəsində immunitet sistemimiz üçün faydalıdır. Sink bədənimizi iltihabdan, allergiyadan və mikroblardan qoruyaraq infeksiyaların qarşısını alır və ümumi immuniteti artırır.
2. Balqabaq tumlarının tǝrkibindǝki protein miqdarı digər bitkilərlə müqayisǝdǝ daha çoxdur. Bu da toxluq hissi verdiyi üçün gündǝ bir ovuç istehlak edilərsǝ, arıqlamağa kömək edǝr.
3. Tərkibindəki liflər isǝ bağırsaqlardakı toksinləri təmizləyir və yağın orqanizm tərəfindən udulmasına mane olur. Bu xüsusiyyǝtlǝrinǝ görǝ az kalorili pəhriz saxlayanların çərəz olaraq balqabaq tumuna üstünlük vermələri məsləhətdir.
4. Balqabaq tumunun ən əhəmiyyətli faydalarından biri qan şəkərini tənzimləməsidir. Tərkibindəki maqnezium qan şəkərinin səviyyəsini tənzimləyərək diabet riskini azaldır.
5. Yatmazdan əvvəl bir ovuc balqabaq tumu yemək yuxu keyfiyyətinin artmasına kömək edər. Bunun səbəbi isə tərkibindəki triptofandır. (Lent.az)