• 23 Noyabr 2024 03:54

İranlı aktrisa azadlığa buraxılıb

İranlı aktrisa azadlığa buraxılıb

 

Mahsa Aminin ölümündən sonra İranda etirazları “təhrik etdiyi” iddiası ilə saxlanılan aktrisa Terane Əlidusti şərti azadlığa buraxılıb.

Aktrisanın vəkili səhər saatlarında sənətçinin əmanət qarşılığında şərti azadlığa buraxılacağını açıqlayıb. Əlidustinin anası Nadirə Hekimullahi onun İnstaqram hesabında azadlığa çıxdığını bildirib.

Qeyd edək ki, Aktrisa Əlidusti ölkədəki etirazlara dəstək məqsədilə sosial şəbəkədə hicabsız fotosunu yerləşdirmişdi və dekabrın 17-də “rejim əleyhinə nümayişləri dəstəkləmək”, “həqiqətə uyğun olmayan məzmun paylaşmaq” və “etirazları təhrik etmək” ittihamı ilə saxlanılmışdı.

Tacxeber.com

Oxşar xəbərlər