“İran Rusiyadan dronlar və raketlər əvəzinə Su-35 qırıcıları alacaq…”
“Rusiya İran istehsalı olan pilotsuz içuş aparatlarından asılı vəziyyətə düşüb…”
“Rusiya İrana silah sistemləri əvəzinə misli görünməyən hərbi-texniki dəstək göstərir…”
İran və Rusiya hər iki tərəf üçün son dərəcə sərfəli olan ikitərəfli əməkdaşlığı bundan sonra da möhkəmləndirməyi planlaşdırır.
Tacxeber.com xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutu (ISW) analitiklərinin 4 yanvar tarixli hesabatında deyilir.
“İran İslam Respublikasının informasiya agentliyi yanvarın 1-də məlumat verib ki, Rusiya və İran sanksiyalar və “xarici müdaxilədən” yan keçərək yeni qitələrarası ticarət marşrutu yaradır.
Güman edilir ki, Rusiya və İranın rəsmi şəxsləri müntəzəm olaraq iki ölkə arasında yeni ticarət marşrutu üzrə silah tədarükü imkanlarını müzakirə edir”, – analitiklər qeyd edib.
Onlar dekabrın 28-də İranın dövlət KİV-lərinin məlumatlarını xatırladıb.
Belə ki, İran tezliklə Rusiyadan İran istehsalı olan pilotsuz uçuş aparatları və ballistik raketlər əvəzinə Su-35 qırıcılarını alacaq.
Qeyd edilir ki, Rusiyanın İranla müqaviləsi 1750 “Shahed-131/136” pilotsuz uçuş aparatlarının verilməsini nəzərdə tutur.
Ukrayna müdafiə nazirliyi Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, Rusiya qoşunları 2022-ci ilin sentyabrından Ukraynada artıq 660 İran PUA-larından istifadə edib. Və yaxın zamanlarda növbəti tədarük gözlənilir.
Kiyevdə belə proqnoz verilir ki, Rusiya qüvvələri indiyədək olan tempdə zərbələr endirəcəyi təqdirdə 2023-cü ilin may ayınadək İranın vəd etdiyi bütün dronlardan istifadə edəcək.
“Rusiya, ehtimal ki, İran istehsalı olan pilotsuz uçuş aparatlarından asılı vəziyyətə düşüb, çünki onlar rusiyalı hərbçilərin ehtiyatlarını xeyli tükəndirdiyi daha bahalı yükdək dəqiqli raketlərə ucuz alternativdir.
Ona görə də Rusiya İranla bundan sonra da ikitərəfli əməkdaşlığa can atacaq ki, Ukraynaya qarşı istifadə etmək üçün yüksək dəqiqli silahın fasiləsiz tədarükünü təmin etsin.
ABŞ-ın yüksək vəzifəli rəsmi şəxsləri dəfələrlə vurğulayıb ki, silah sistemlərinin əvəzinə Rusiya İrana misli görünməyən hərbi və texniki dəstək göstərir”, – ISW qeyd edib.