• 08 Sentyabr 2024 04:09

Mənşəyi məlum olmayan toyuq əti tapıldı

Mənşəyi məlum olmayan toyuq əti tapıldı

 

Tərtərdə mənşəyi məlum olmayan toyuq əti satışının qarşısı alınıb.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, agentlik əməkdaşları tərəfindən Tərtər rayonu, H.Əliyev prospektində yerləşən “Tərtər Ticarət Mərkəzi” MMC-nin ərazisində Kazımov Kamran Vladik oğluna məxsus 99-RR-148 dövlət qeydiyyat nişanlı, “Gelly” markalı ağ rəngli minik avtomobilinin yük yerinə keçirilən baxış zamanı mənşəyi məlum olmayan quş ətləri aşkar olunub.

Belə ki, quş ətlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçirilmədiyi, orqanoleptik göstəricilərinə görə texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı, həmçinin temperatur rejiminə əməl edilmədən və kənd toyuğu adı altında satışının həyata keçirildiyi müəyyən edilib.

Müayinələrin aparılması məqsədilə götürülmüş nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub və məhsullar qanunvericiliyin tələblərinə uyğun olaraq saxlanca qoyulub. Araşdırmalar davam etdirilir.

Tacxeber.com

Oxşar xəbərlər