Reza Deqatinin Ağdam xatirələri: “Dedi ki, oğlumu əllərimlə burada dəfn etmişəm” – FOTO
“1992-ci ildə Xocalı faciəsindən reportaj hazırlamaq üçün Ağdama yollanmışdım. Çox ağır faciə idi. Meyitlər Ağdam məscidinə gətirilir, orada yuyulurdu. Ermənilər Ağdam qəbiristanlığını atəşə tutduğu üçün cəsədləri 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə salınmış parkda dəfn edirdilər. Çox ürək ağrıdan mənzərə idi”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində məşhur fotojurnalist Reza Deqati söyləyib.
Reza Deqati 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən sonra yenidən Ağdamda olub:
“Ağdamda şəkil çəkdiyim yerlərə getdim. Qəbirlərin hamısı dağıdılmışdı, heç nə tapmadım. Sanki bu yerdə məzarlıq olmayıb. Gördüm ki, insanlar yaxınlarının məzarlarını axtarırlar. Çəkilən şəkillərdən biri diqqətimi çəkdi. Şəkildəki yer mənə tanış gəlirdi. Parisə gedəndə arxivimə baxdım, 1992-ci ildə o yerdə çəkdiyim şəkli tapdım. Bildim ki, Ağdamda gördüyüm o çöllük yer – nə bir ağac var idi, nə də bir məzar, – şəhidlərin dəfn edildiyi həmin xiyabandır”.
Ağdam Şəhidlər xiyabanında şahidi olduğu bir hadisədən daha çox təsirləndiyini vurğulayan məşhur fotoqraf rastlaşdığı acı görüntülərdən birini yada salır:
“Ürəyimi sızladan bir görüntü vardı. Qoca kişi əlində bel Ağdam Şəhidlər xiyabanında nəsə axtarırdı. Bir yeri göstərib dedi ki, buradır. Soruşdum ki, nədir, dedilər, oğlu şəhid olub. Onun məzarını tapmağa gəlib. Məzarın ətrafına daş düzdü. Soruşdum ki, burada heç nə yoxdur axı, necə bildiniz? Onun cavabı hələ də ürəyimi titrədir. Dedi ki, oğlumu bu əllərimlə burada dəfn etmişəm”.
Azərbaycan əsilli fransız fotoqraf 1992-ci ildə çəkdiyi fotoların köməyi ilə insanların öz doğmalarının məzarlarını tapacağına ümid edir.
“Ağdam Şəhidlər xiyabanında heç nə qalmayıb, məzarların hamısı dağıdılıb. İstərdim ki, həmin vaxt burada çəkdiyim şəkillər bütün saytlarda, televiziyalarda işıqlandırılsın. İnsanlar baxsınlar və əzizlərinin dəfn olunduğu yeri tapsınlar. Çəkdiyim fotolar insanların doğmalarının məzarlarını tapmasına vasitə ola bilər”, – deyə o əlavə edib.
Qeyd edək ki, Ağdam şəhərindəki Şəhidlər xiyabanında həm Qarabağ müharibəsində şəhid olan döyüşçülər, həm də Xocalı faciəsi zamanı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən dinc sakinlər dəfn olunub. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun qəbri də buradadır. İşğal dövründə Ağdamda hər şeyi məhv edən erməni vandalları Şəhidlər xiyabanını da yerlə-yeksan edib, qəbirləri qazaraq dağıdıblar. Ağdam şəhəri işğaldan azad olunduqdan sonra insanlar Şəhidlər xiyabanındakı yaxınlarının qəbirlərini tapmağa çalışırlar. Lakin məzarlar tanınmaz halda olduğundan onları müəyyən etmək çox vaxt mümkün olmur.
Reza Deqatinin 1992-ci ildə Ağdamda Şəhidlər xiyabanından çəkdiyi fotoları təqdim edirik: