• 20 Sentyabr 2024 04:40

Rusiya güclü şaxtalara hazırlaşır – Mənfi 53 dərəcə

Rusiya güclü şaxtalara hazırlaşır  - Mənfi 53 dərəcə

 

Yaxın günlərdə Rusiyanın Avropa hissəsinin rayonlarında 34-47 dərəcəyədək şaxtalar, bəzi rayonlarda isə temperaturun mənfi 48-53 dərəcəyə enəcəyi gözlənilir. 

Tacxeber.com xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand məlumat verib. Onun sözlərinə görə, yaxın günlərdə ölkənin yarıdan çoxunda çox soyuq hava şəraiti hökm sürəcək.

Belə ki, yanvarın 5-dən 9-dək Arxangelsk vilayətində, Nenets Muxtar Dairəsində 30-37 dərəcə, Komidə 30-39 dərəcə, Kareliyada 26 dərəcə şaxta olacağı proqnozlaşdırılır.

Sankt-Peterburqda 23-25 dərəcə şaxta gözlənilir. Vilfand qeyd edib ki, Şimal-Qərb Federal Dairəsinin bölgələrində havanın temperaturu iqlim normasından 8-19 dərəcə aşağı, Cənub Federal Dairəsi rayonlarında isə normadan 7-11 dərəcə aşağı olacaq.

Sinoptik qeyd edib ki, Ural Federal Dairəsinin bölgələrində cümə axşamı günündən etibarən temperaturun normadan 11-20 dərəcə aşağı olacağı proqnozlaşdırılır, lakin Uralın şimalında hava əməlli-başlı soyuq olacaq”.

Məsələn, Yamalo-Nenets, Xantı-Mansi Muxtar Dairələrində temperaturun 45-47 dərəcəyə qədər soyuyacağı gözlənilir.

Amma agentliyin həmsöhbətinin sözlərinə görə, ən soyuq hava yaxın günlərdə Maqadan vilayəti, Yakutiya və Çukotkada olacaq. Orada temperatur 48-53 dərəcə şaxtaya kimi enəcək.

Tacxeber.com

Oxşar xəbərlər