Gömrüyün şöbə müdirinin qadın işçisi ilə intim görüntüləri yayıldı
Mersin Gömrük İdarəsinin Qaçaqmalçılıq və Kəşfiyyat Şöbəsinin müdiri Cihan Çelikin qadın məmurla nalayiq fotoları yayılıb.
Sosial mediada böyük əks-səda doğuran fotolarla bağlı şöbə müdiri açıqlama verib.
“Bu qadın mənim dini nikahlı həyat yoldaşımdır. Birinci həyat yoldaşımla boşanma mərhələsindəyəm. Həyat yoldaşım, uşaqlarım, qurumda çalışanların və demək olar ki, hər kəsin bundan xəbəri var”.
Nazirlik hadisə ilə bağlı araşdırmaya başlayıb. Müdirin qadın məmurla səmimi fotolarının necə yayıldığı isə maraq doğurub. Sosial şəbəkə istifadəçiləri Cihan Çelikin iş yerində bu uyğunsuz hərəkətini qınayıblar.