• 22 Noyabr 2024 20:51

“Putin axmaq deyil, anlayır ki, hər şey artıq iflasa uğrayıb…”

“Mən Putinə deyərdim ki, intihar etsin…”

“Heç də hər çey pis deyil, biz kozır kartımızı çıxarıb hamını məhv edəcəyik. Onlar cəhənnəmə, biz cənnətə düşəcəyik…”

“Heç kim Rusiyaya silah tədarük etməyəcək. Üç aydır İrandan 1000 raket tədarükü məsələsi müzakirə edilir, ortalıqda heç nə yoxdur…”

“Kreml rəhbəri yandırılmış torpaq taktikasından istifadə edərək düşünür ki, xalq buna tab gətirməyəcək…”

“Çubays Putini işə götürməyib, əksinə, buna mane olub. Putin isə hey irəliləyib və Çubays ondan qisas alacağından qorxub…”

Prezident Putin yalnız eşimək istədiklərini eşidir.

Tacxeber.com xəbər verir ki, bu barədə “QORDON” nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində Fransada yaşayan rusiyalı bankir, Rusiya prezidentinin sabiq dostu Sergey Puqaçov bəyan edib.

Qordon Rusiyanın Ukraynada baş tutmayan uğur qazanmaq  planlarından danışarkən, deyib ki, Putin “axmaq deyil”, anlayır ki, “hər şey artıq iflasa uğrayıb”.

“Siz nə təklif edirsiniz, özünü öldürsün?” – Puqaçov  sual edib.

Qordon cavab verib ki, bu, “gözəl variant” olardı.

“Mən də belə hesab edirəm. Putinlə təkbətək qalsaydım, Kreml rəhbərinə özünü güllələməyi təklif edərdim”, – Puqaçov etiraf edib.

Putinin sabiq dostu anlayır ki, bu, onun üçün “pis xəbər” olardı, çünki o, Rusiyanın Ukraynada hələ perspektivlərinin olduğunu eşitmək istəyir.

“O, məndən “Volodya, narahat olma, hər şey sən düşündüyün kimi pis deyil. Sadəcə, Şoyqu ilə Gerasimovu rədd etmək lazımdır və s.” sözlərini eşitmək istəyir”, – o, güman edir.

“Məsələ bundadır ki, Putin insanları seçim yolu ilə eşidir. O, eşitmək istədiklərini eşidir”, – Putinin dostu deyib.

“Bu gün o, nə eşitmək istəyir? Hələ zaman var, heç də hər şey pis deyil, biz kozır kartımızı çıxarıb hamını məhv edəcəyik. Onlar cəhənnəmə, biz cənnətə düşəcəyik”, – o, belə deyib.

“Putinin Rusiya-Ukrayna müharibəsində taktika, strategiya və operativ məharəti bundan ibarətdir”, – Puqaov deyib.

Daha sonra Puqaçov deyib ki, Rusiyanın silah ehtiyatı azdır. O, Rusiyanın hərbi-sənaye kompleksində (HSK) iş təcrübəsinə istinad edərək bəyan edib ki, “əgər Rusiya istehsalından danışsaq, belə istehsal praktiki olaraq mövcud deyil”.

Eyni zamanda, sovet silah ehtiyatı da yoxa çıxmayıb.

“Aydındır ki, bu silahlar sınıq-salxaqdır, hərəsinin 50 illik tarixçəsi var, hansısa xüsusi raketlər mövcud deyil…C-300-lər, gerçəkdən, HHM raketləri artıq “yer-yer” rejimində Ukrayna şəhərlərinin atəşə tutulması üçün sıraya düzülüb, başa düşürsünnüz, bu, nədən xəbər verir?” – o, deyib.

Puqaçov Rusiyanın bu qıtlığı İran raketləri hesabına doldurmaq planlarını xatırladıb və güman edib ki, “söhbət min raket müqaviləsindən gedir”.

“Bilirsiniz ki, Ukraynanı güclü atəşlərə tutanda Rusiya təxminən 100 raket istifadə edir. 1000 raket nə deməkdir? Cəmi 10 atəş, bu raketlər isə hələ tədarük edilməyib, hələ İranın bunu edəcəyi bəlli deyil, bu, qapalı məsələdir, Amerikanın İrana təzyiqi və s.nəzərə almaq lazımdır”, – Puqaçov hesablayıb.

“Yəni aydındır ki, heç kim Rusiyaya silah tədarük etməyəcək. Mən deyirəm ki, üç aydır ki, İrandan 1000 raket tədarükü məsələsi müzakirə edilir, ortalıqda heç nə yoxdur”, – o, deyib.

“Putin anlayır ki, nə Kiyevi ələ keçirə biləcək, nə hər hansı irəliləyiş olacaq, nə parad olacaq, hərbi əsirlərin paradından savayı…

Bunları anlayaraq, Kreml rəhbəri müharibəni uzatmaq, yandırılmış torpaq taktikasından istifadə etmək, dinc sakinləri, şəhərləri, infrasrukturu zərbələrə məruz qoymaq yolunu seçib. Nəyə görə? O, hesab edir ki, xalq tab gətirməyəcək. Bütün strategiya bundan ibarətdir”, – Puqaçov izah edib.

Daha sonra Puqaçov Putinlə Çubaysın münasibətlərindən danışıb.

“Təbii ki, Çubays Kudrin kimi ona yaxın adam deyil, bu, mifdir. Çubays Putini işə götürməyib. Əksinə, Putini prezident admininistrasiyasına keçirmək istəyəndə, Çubays buna mane olub”, – o, dəqiqləşdirib.

Onun deməsinə görə, Çubays Rusiyanın ilk prezidenti Boris Yeltsin administrasiyasının rəhbəri olanda Putini “idarə rəisi vəzifəsinə” irəliyə çəkmək istəyiblər.

Çubays buna qəti etiraz edib.

“Amma nəticədə Putin hey irəliyə gedib, Çubays çox gərgin olub, ondan çox çəkinib. Qorxub ki, Putin ondan qisas ala bilər. Gerçəkdən o, qorxu içində olub”, – Puqaçov güman edir.

Putunin sabiq dostu düşünür ki, Kreml rəhbəri şüurlu surətdə Çubaysı 2022-ci il fevralın 22-dən Qərbə, potensial danışıqlar aparan kimi göndərib.

Onun Qərbdə yaxşı əlaqələri var. Bu məqamda isə belə əməliyyat baş verir. Hər şey başqa cür cərəyan edir. Bu gün Çubays Putinə lazım deyil”, – Puqaçov güman edir.

Amma o, Çubaysdan istifadə edə bilər, Qərbə Rusiyanın nüvə silahından istifadə etmək ehtimalına eyham vura bilər.

“Baxın, sabah Çubays Vaşinqtona gedib deyə bilər: “Zarafat etməyin. O, uçurumun kənarındadır. O, sadəcə, Vaşinqtona zərbə endirə bilər”.

Yəni o, kimləsə danışa biləcək adamdır. Onun gerçək əlaqələri var. Niyə də ondan istifadə edilməsin?” – Puqaçov sözlərinə yekun vurub.

Tacxeber.com

Oxşar xəbərlər