“Baş nazir Nikol Paşinyana artıq Ukraynanı dərhal dəstəkləmək tövsiyə olunur, çünki sonuncunun qələbəsi bir neçə ayın işidir. Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov ABC News-a müsahibəsində bildirib ki, Kiyev yazda böyük hücum planlaşdırır və ən şiddətli döyüşlər martda gözlənilir. Bu isə Ukrayna ərazilərinin azad edilməsi və Rusiyanın son məğlubiyyəti olacaq”.
Bu fikirlər erməni analitik Razmik Akopjanyanın məqaləsində yer alıb:
Bütün bunların fonunda 1961-ci ildə qurulan Amerika beyin mərkəzi olan Hudson İnstitutu hesabatla çıxış edib. İnstitut hökumətin və ABŞ Silahlı Qüvvələrinin sifarişlərini yerinə yetirən strateji tədqiqat mərkəzi rolunu oynayır. Beləliklə, onlar ABŞ hökumətini Rusiyanın dağılmasının mümkün ssenarisinə hazır olmağa çağırıblar. Göründüyü kimi Ukrayna Rusiyanın son süqutunda, onun demilitarizasiyası və nüvəsizləşdirilməsi planlarında mühüm rol oynayır. Budanov və Kulebanın Ukraynanın qalib gələcəyinə əmin olmaları belə deməyə əsas verir. Onlar artıq açıq şəkildə Ukrayna Silahlı Qüvvələrinin yeni qələbələrinin tarixlərini qeyd edirlər. Amma Ermənistanın hazırkı mövqeyi daha bir geosiyasi uğursuzluqdur. Ukraynadakı səfir Vladimir Karapetyanın baş nazir Nikol Paşinyana Ukraynanı dərhal dəstəkləməyi tövsiyə etməsi barədə məlumatı xatırlamaqlıyıq. Çünki sonuncunun qələbəsi bir neçə ayın işidir. Amma Karapetyanın bu əsaslı açıqlaması Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyanı qəzəbləndirib və o, Ukraynadakı səfiri “xəstə” adlandırıb. Arutyunyandan başqa heç nə gözləməyə dəyməzdi. O, Ermənistandakı bədnam “beşinci kalon”un nümayəndəsi olub. Onun kimi adamlar Ermənistana xəyanət edən Rusiya haqqında bir kəlmə də olsa tənqidi söz deməyə cəsarət etməyəcəklər” – erməni analitik vurğulayıb.
Akopjanyan daha sonra fikirlərini belə davam etdirib: “Bu, artıq batmaqda olan Titanik üzvünün mövqeyidir. Və biz xilas olmalıyıq. Ermənistanın Rusiya ilə batmasına icazə verilməməlidir. Ona görə də Ukrayna ilə həmrəy olmaq son dərəcə vacibdir. KTMT və Aİİ-nin gələcəyinin olmadığı artıq göz qabağındadır. O da göz qabağındadır ki, mərc Ukrayna, GUAM və UTC-yə edilir. Bu isə çox pisdir. Odur ki, qərar mümkün qədər tez qəbul edilməsə, bu, tamamilə fəlakətli ola bilər” – Akopjanyan fikirlərini tamamlayıb. (KONKRET.az)