• 22 Noyabr 2024 23:18

“Science” jurnalı: “2100-cü ilə qədər buzlaqların 32 faizi yox olacaq”

ABŞ alimləri peyk görüntülərindən istifadə edərək müxtəlif iqlim dəyişikliyi ssenarilərini və onların mümkün təsirlərini araşdırıblar.

KONKRET.az “Science” jurnalına istinadən xəbər verir ki, temperatur artımı indiki sürətlə davam edərsə, 2100-cü ilə qədər quru buz kütləsinin 32 faizi əriyəcək.

Tədqiqata rəhbərlik edən ABŞ-ın KarnegiMellon Universitetindən (Carnegie Mellon University) alim David Rounce bildirib ki, son illərdə buzlaqlardakı dəyişikliyi araşdırmaq üçün daha çox peyk görüntülərindən istifadə olunub.

Qeyd olunub ki, buzlaqların əriməsi dəniz səviyyəsini 115 millimetrə qədər artıra bilər.

Tədqiqatçılar müşahidə ediblər ki, qlobal temperatur artımı müəyyən edilmiş 1,5 dərəcə Selsi səviyyəsində saxlanılsa belə, buzlaq kütləsinin 26 faizi yox ola bilər. Temperatur artımı BMT-nin proqnozlaşdırdığı 2,1-2,9 dərəcə Selsi arasında olarsa, 2100-cü ilə qədər Avropa, Kanada, ABŞ və Yeni Zelandiyadakı bütün buzlaqlar yox olacaq.

Qeyd edək ki, dünyada 2 milyard insanın təmiz suya olan ehtiyacı qurudakı 215 mindən çox buzlaqdan təmin edilir. Buzlaqların əriməsi dəniz sahillərində yaşayan milyardlarla insan üçün təhlükə yaradır.

Tacxeber.com

Oxşar xəbərlər