• 22 Noyabr 2024 18:58

Soyuqdəymə, qrip, Covid-19, RSV, tonzillit, bronxit, pnevmoniya…

Soyuqdəymə, qrip, Covid-19, RSV, tonzillit, bronxit, pnevmoniya...

 

Sağlam qidalanma xəstəliklərlə mübarizədə mühüm rol oynayır.

Xüsusən qış aylarında zülalla zəngin pəhriz tətbiq edilməli, həddindən artıq olmamaq şərti ilə C vitamini ilə zəngin olan portağal, naringi (mandarin) və nar başda olmaqla, bol vitamin ehtiva edən tərəvəz və meyvələrin istehlakına diqqət yetirilməlidir. Kifayət qədər su istehlakı ilə qan dövranı tənzimlənir, maddələr mübadiləsi sürətlənir, bədəndən zərərli maddələrin və toksinlərin çıxarılması asanlaşır.Qışda xəstəliklərdən qorunmaq üçün tərlətməyən, çox qalın olmayan, eyni zamanda üşütməyən paltarlara üstünlük verilməlidir.

İnfeksiyaların qarşısının alınması üçün görüləcək tədbirlər arasında maska taxmaq, sosial məsafəyə diqqət yetirmək və gigiyena qaydalarına riayət etmək çox vacibdir.Xəstəlik tənəffüs yolları ilə keçdiyi üçün çirkli əllər də mikrobların ötürülməsi riski daşıyır.
İnsanlar gün ərzində çirkli əllərini ağız, burun və ya gözlərinə sürtməklə virusa yoluxa bilərlər. Bundan əlavə, mikroblar ağız və burun sekresiyaları ilə çirklənmiş digər insanlar və ya əşyalarla təmasda asanlıqla ötürülür.Bu səbəbdən əl gigiyenasına, xüsusilə dezinfeksiyaedici və ya su və sabunla təmin edilməsinə diqqət yetirilməlidir.

Həddindən artıq şəkər istehlakı immunitet sistemini zəiflətdiyi və piylənməyə səbəb olduğu üçün şəkər və zərərli karbohidratlardan uzaq durmaq lazımdır.
Yuxuya da laqeyd yanaşmayın.Nizamlı yuxunun immuniteti gücləndirmək və xəstəliklərə qarşı müdafiəni artırmaq üçün əvəzsiz qaydalardan biridir.

Olduğunuz qapalı məkaanı saatda 5 dəqiqə havalandırın. Qışda çox rast gəlinən xəstəliklərin qarşısının alınmasında qapalı məkanların tez-tez havalandırılmasının son dərəcə əhəmiyyəti var. Bağlı məkanlarda mikroblar öskürmə və asqırma zamanı yayılan damcılar vasitəsilə ətraf mühitə sürətlə yayılır.Məktəb və iş yerləri kimi insanların sıx olduğu və qapalı yerlərdə bu mikrobların ötürülmə riski çoxdur.

Bundan əlavə, evin temperaturunu yaxşı tənzimləməli və havanın həddindən artıq qurumasının qarşısını almalıyıq.

İdmanla məşğul olmaq

Bədən müqavimətini artırmağın ən mühüm yollarından biri oturaq həyat tərzindən qaçmaq və müntəzəm olaraq idman etməkdir. Qış aylarında havaların soyuması səbəbindən küçəyə çıxmaq, gəzmək və ya idman etmək çətin ola bilər, lakin həftədə ən az üç gün 45 dəqiqə sürətlə gəzinti etmək orqanizmin müqavimətini artırmağa və xəstəliklərdən qorunmağa əhəmiyyətli töhfə verəcək.

Oxşar xəbərlər