• 23 Noyabr 2024 01:40

Telefonu yastığın altına qoymayın!

 

Yuxu zamanı yastığın altındakı telefonun yaratdığı əsas təhlükəni Rospotrebnadzor Əhalinin Sanitariya Rifahı Departamentinin rəis müavini Andrey Quskov açıqlayıb.

“İstənilən mobil telefon öz iş prosesində radiotezlik diapazonunun elektromaqnit şüalarını yayır, bu, mobil telefonun nəzərdə tutulan məqsədidir, çünki o, baza stansiyalarına qoşulmalıdır”, – ekspert xəbərdarlıq edib.

Tacxeber.com Rusiya mətbuatına istinadən bildirir ki, onun sözlərinə görə, insan beyni son dərəcə həssasdır və smartfonun elektromaqnit şüalanmasına məruz qalır. Mütəxəssis tövsiyə edib ki, yatmazdan əvvəl telefonu yatağın yanına deyil, qadcetin orqanizmə mənfi təsirini azaltmaq üçün mümkün qədər uzağa qoyulsun.

Tacxeber.com

Oxşar xəbərlər