• 19 Sentyabr 2024 20:30

Toydan sonra biabırçılıq üzə çıxdı: Gəlin qadın yox kişi imiş – FOTO

 

Türkiyənin Aydın vilayətində qəribə hadisə baş verib.

Tacxeber.com Türkiyə mediasına istinadla xəbər verir ki, C.B adlı kişi başqa biri ilə evlənib. Lakin o keçmiş həyat yoldaşından rəsmən boşanmadığı üçün yeni həyat yoldaşı ilə rəsmən evlənə bilməyib. Bununla belə onlar toy ediblər. Toydan sonra oğlanın ailəsi ilə gəlinin ailəsi arasında mübahisə baş verib və məsələyə polis qarışıb. Polis məntəqəsindəki araşdırma zamanı yeni gəlinin keçmiş adının rəsmi sənədlərdə kişi adı olması hamını təəccübləndirib.
Bu məsələdən sonra bəyin qadınla deyil kişi ilə ailə qurduğu iddiaları gündəmə gəlib. İddialardan sonra cütlük yaşadıqları ünvandan başqa yerə köçüb.

 

Oxşar xəbərlər