• 22 Noyabr 2024 13:16

Bakıda it-pişik yemi olan toyuqlar əhaliyə satılır – SOS

 

Tərtərdə mənşəyi məlum olmayan toyuq əti satışının qarşısı alınıb. 

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, agentlik əməkdaşları tərəfindən Tərtər rayonu, H.Əliyev prospektində yerləşən “Tərtər Ticarət Mərkəzi” MMC-nin ərazisində Kazımov Kamran Vladik oğluna məxsus 99-RR-148 dövlət qeydiyyat nişanlı, “Geely” markalı ağ rəngli minik avtomobilinin yük yerinə keçirilən baxış zamanı mənşəyi məlum olmayan quş ətləri aşkar olunub. Belə ki, quş ətlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçirilmədiyi, orqanoleptik göstəricilərinə görə texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı, həmçinin temperatur rejiminə əməl edilmədən və kənd toyuğu adı altında satışının həyata keçirildiyi müəyyən edilib. Müayinələrin aparılması məqsədilə götürülmüş nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub və məhsullar qanunvericiliyin tələblərinə uyğun olaraq saxlanca qoyulub. Araşdırmalar davam etdirilir.

Bir müddət əvvəl 3- ü 10-11 manata satılan toyuqların satışına yenidən rast gəlinir. Bazarlarda, metro çıxışlaırnda satılan bu toyuqlaırn qiyməti bəzi hallarda 12 manatdan 9 manata qədər endirilib. Satıcılar bunu alış səviyyəsinin aşağı olması ilə izah edırlər.

Satıcılardan birinin Cebhe.info-ya bildirdiyinə görə, əvvəl satış yaxşı olub. Ancaq daha sonra mətbuatda bu toyuqların mənşəyi ilə bəzi məlumatlar yayılıb və bundan sonra satış azalıb. Başqa sözlə, alıcılar qiyməti daha ucuz olan bu toyuların ölmüş toyuq olmasından şübhələnir və bu səbəbdən alıcı sayı azalıb.

Cebhe.info-ya açıqlamasında Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) İdarə Heyətinin sədri Mürvət Həsənli bildirib ki, sözügedən toyuqlar Belarusdan gətirilən 2- ci sort toyuqlardır və it- pişik yemi kimi istifadə olunur:

“Adətən bu toyuqlar Afrika ölkələrinə ixrac edilir. Bizim işbazlar da o zaman o toyuqlardan ölkəyə gətirmişdilər. Yerində elə paketlərini dəyişirirdilər. Çox ehtimal satışa çıxarılan o toyuqlar anbarda qalanlardır. Yəqin sata bilməyiblər, indi fəallaşıblar. Ümumiyyətlə, o toyuqların 3-4 aylıq saxlama müddəti var. Artıq 1 ilə yaxınlaşır ki, həmin toyuqlar satışdan yığışdırılıb. Çox ehtimal ki, Qida Təhlükəsizliyi Agentliyi satış hallarına reaksiya verəcək. Mən o toyuqların yeyilməsini məsləhət görmürəm”.

Mürvət Həsənli bildirib ki, bu toyuqlar yumurtadan kəsilmiş, “qarımış”, üzərində sümük faizi çox, ət faizi az olan toyuqlardır:

“İstənilən halda istehlakçı burada aldanır. Həmin toyuqların üzərində də yazılır ki, 2-ci sort toyuqlardır. Bu toyuqların adətən 1 il 8 ay, 2 illik ömrü olur. 400-480 yumurta verəndən sonra toyuqlar artıq yumurtadan kəsilir”.

Mövzu ilə bağlı “Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov isə bildirib ki, broyler fabriklərində yetişdirilən iki cür toyuq olur:

“Ətlik və yumurtalıq, yəni “anaş” toyuqlar. Ətlik toyuqlar müəyyən zamanadək yetişdirilir. Adətən 1 kq üzərində olur. Bundan sonra kəsimə gedir. Çünki bu müddətdən sonra onu saxlamaq rentabelli olmur. Müəyyən limit həddi var, artıq satışa çıxarılır. Lakin “anaş” toyuqlar bir müddətdən kəsilən zaman bu toyuqları kəsib ət kimi istifadə edirlər. Belə toyuqların əti əlbəttə ki, ətlik toyuqlaırn ətindən fərqlənir. Bərk olur, sanki kənd toyuğunu imitasiya edir. Belə toyuqlar ucuz olur”.

Eyyub Hüseynov bildirib ki, Saatlı rayonunda yerləşən broyler fabriklərində bir gecədə minlərlə toyuq “qırılır”. Bununla bağlı AİB-nə çoxsaylı şikayətlər daxil olur:

“Ehtimal olunur ki, belə toyuqlar bəzi işbazlar tərəfindən satışa çıxarılsın. Kiçik çəkili toyuqlardan söhbət gedir. Lakin bu da az hallarda ola bilər. Bu cür toyuqlar da istisna olunmur ki, bazara çıxarılsın. Əgər insanlar belə toyquların satışından şübhlənərsə, 1003 qaynar xəttinə, AQTA-ya məlumat vermələrini tövsiyə edirəm”.

Tacxeber.com

Oxşar xəbərlər