• 20 Sentyabr 2024 02:21

“Bir oturuma 40 xəngəl yeyə bilərəm”

 

“Əgər istedadın varsa, tamaşaçılar səni sevirsə, bilirlər ki, sənin canında sənət yanğısı var, sən qalmaqalsız da yadda qalacaqsan. Heç vaxt qalmaqalda adım hallanmayıb, heç vaxt da bunu tamaşaçılar görməyəcəklər. Tamaşaçıya bizim sənətimiz, performansımız maraqlıdır. Sazımla, sənətimlə, səmimiyyətimlə sevilmişəm. Pul verib insanlara özünü sevdirə bilməzsən. Sevgi pul ilə alınıb, satılmır. Özümü heç vaxt çərçivəyə sala bilmərəm. Uzun müddətdir ki, Bakıdayam, amma heç vaxt ləhcəmi dəyişməmişəm”

Tacxeber.com xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış aşıq Telli Borçalı deyib.

Tanınmış aşıq geyimlərindən də danışıb.

“Xanım aşıq öncə geyiminə, sonra da ağzından çıxan ifadələrə, fikirlərə diqqət etməlidir. Mən saz ifaçısıyam, qısa geyinib efirə, səhnəyə çıxa bilmərəm. O qədər deyiblər ki, bəlkə bu cür geyinəsən?! Geyimlərimə çox pul xərləməyin tərəfdarı deyiləm. Əsas mənə yaraşan olsun. Ucuz da olsa geyinərəm. Amma ucuz geyinmirəm. Kifayət qədər brend geyimlərdən də istifadə edirəm” deyə aşıq bildirib.

Aşıq xəngəl yediyi üçün arıqlaya bilmədiyini bildirib.

“Qış ayıdır, əsl xəngəlin havasıdır. Artıq el-aləm hamısı bilir ki, mənim xəngəllə aram əladır. Bir oturuma 40 xəngəl də yeyə bilərəm. Düzdü, çəkim artır, amma heç bir kompleksim də yoxdur. Pəhriz saxlaya bilmirəm. Bəzən özümə söz verirəm ki, bu gün yeməyəcəm. Xəngəldən danışırlar, gedib yeyirəm. Könlümə düşsə mütləq yeyəcəm. Xəngəli çox yediyim üçün arıqlaya bilmirəm. Bunu özümə dərd də etmirəm” deyə aşıq bildirib.

Tacxeber.com

Oxşar xəbərlər