• 22 Noyabr 2024 21:09

“İndi Putinə deyərdim ki, özünü güllə ilə vursun” – Sergey Puqaçov

“İndi Putinə deyərdim ki, özünü güllə ilə vursun” - Sergey Puqaçov

Rusiya Prezidenti Vladimir Putin reallığı yaxşı anlayır. Başa düşür ki, bütün yollar məğlubiyyətə aparır. Buna baxmayaraq, Kreml rəhbəri həqiqəti qəbul etmək istəmir. Putinin keçmiş dostu Sergey Puqaçov hesab edir ki, o, yalnız arzuladığı ifadələri eşitməyi xoşlayır.

Tacxəbər Bizimyol.info-ia istinadən  xəbər verir ki, Fransada yaşayan keçmiş bankir son müsahibəsində Rusiya Prezidenti haqqında geniş danışıb. İş adamı Putinin axmaq olmadığını, hər şeyi yaxşı başa düşdüyünü bildirib. Onun fikrincə, dövlət başçısı işlərin korlandığını gözəl anlayır.

“Problem ondadır ki, ömür boyu Putini bu qədər başa salmağa çalşmışam, amma mənə qarşı nifrətdən başqa bir şey baş verməyib. İndi Putinə deyərdim ki, özünü güllə ilə vursun. O, tarixdə çoxlu alçaqlıq, axmaqlıq edib, iyrənc işlər görüb sonra özünü güllələyən adam kimi qalacaq”.

Puqaçov deyir ki, Putin üçün çox pis xəbər Rusiyanın Ukraynada heç bir şansının qalmamasıdır. Kreml istənilən halda məğlub olacaq.

“O məndən bunları eşitmək istərdi: “Volodya, narahat olma: vəziyyət düşündüyün qədər də pis deyil. Sadəcə, Sergey Şoyqunu başqası ilə dəyişmək, bu Baş Qərargah rəisini (Valeri Gerasimov) qovmaq və sairə lazımdır”. Onun eşitmək istədiyi şey budur”.

Puqaçov Putini 1996-cı ildən tanıyır. Keçmiş bankir əmindir ki, dövlət başçısı söhbətləşəcəyi adamları xüsusi seçir.

“Hətta gündəlik həyatda da ona çox ağıllı sözlər deyə bilərsiniz, çox düzgün, çox konkret, çox şəffaf – eşitmir. Çünki o, onları eşitmək istəmir. Və yalnız eşitmək istədiyini seçərək eşidir. Bu gün nə eşitmək istəyir? “Müharibə planı göstərəcək, hələ vaxt var, hər şey o qədər də pis deyil və orada kozırımızı açacağıq: hamını alt-üst edəcəyik. Onlar öləcək, biz isə cənnətdəyik”. Bax, bunları. Çox ümid edirəm ki, öləndən sonra ayrı-ayrı yerlərə düşəcəyik, bir daha bir-birimizi görməyəcəyik”.

Tacxeber.com

Oxşar xəbərlər