• 22 Noyabr 2024 22:33

Molla rejimi cəlladlarını güllələyir – müəmmalı ölümlərin səbəbi

 

“Bəsic” İrandakı “İslam İnqilabı Keşikçiləri Korpusu”nun (“Sepahe Pasdarane Enqelabe İslami”, SEPAH) tərkibindəki hərbi təşkilatdır.

Milli.Az bildirir ki, sosial şəbəkələrdə “Cəllad” kimi tanınan polkovnik-leytenant Qasım Fətullahinin SEPAH-ın Kəşfiyyat və Əks-Kəşfiyyat Xidmətinin mənsubları tərəfindən qətlə yetirildiyi vurğulanır.

Fətullahiyə evinin qarşısında 4 dəfə atəş açan naməlum şəxs motosikletlə hadisə yerini tərk edib.

Təcili yardımla yaxınlıqdakı hospitala aparılan Qasım Fətullahi reanimasiya bölməsində keçinib.

Q.Fətullahi Tehranın 12 bölgəsindən biri olan Xani Abaddakı “Bəsic” alayının komandiri idi.

Onun SEPAH-ın Baş Qərargahının Kəşfiyyat Xidmətinin göstərişi ilə qətlə yetirildiyi vurğulanır. Səbəb isə Tehrandakı kütləvi etiraz aksiyalarının yatırılmasında Q.Fətullahinin “yetərincə qətiyyət nümayiş etdirməməsi” olub.

İrandakı molla rejimi etiraz aksiyalarının iştirakçılarına qarşı “Bəsic” dəstələrindən geniş istifadə edir. Polislərdən və hərbçilərdən fərqli olaraq, “Bəsic” mənsubları həddən ziyadə qəddarlıq edir, etiraz aksiyalarının iştirakçılarını döyür və öldürürlər.

İddialara görə, Q.Fətullahi aksiya iştirakçılarına atəş açılmaması barədə əmr veribmiş və elə bu əmr də onun qətlinə səbəb olub.

Eyni zamanda, Q.Fətullahinin Tehranda etiraz aksiyalarının fəal üzvləri ilə gizli təmaslarının olduğu da iddia edilir. O, həmin şəxslərlə “Sony PlayStation” oyun konsolu vasitəsilə əlaqə saxlayıb.

“PlayStation”un serverində yüzlərlə oyun var və bu oyunlardan birinə qatılan şəxslər bir-birləri ilə onlayn qaydada, çat vasitəsilə əlaqə saxlayaraq yazışa, söhbətləşə bilirlər.

Oyunların sayı həddən ziyadə olduğu üçün İranın müvafiq dövlət qurumları aksiya iştirakçılarının “PlayStation”lar vasitəsilə təmaslarını izləyə bilmirlər.

Bir qədər əvvəl Kərəc şəhərndə SEPAH-ın “Nuriye Qods 840” briqadasının komandirlərindən biri, polkovnik Əli İsmayılzadə həlak olub. Rəsmi versiyaya görə, o, Cahannamə səmtindəki evinin damından yıxılıb. Lakin polkovnikin SEPAH rəhbərliyinin göstərişi ilə qətlə yetirildiyi iddia edilir.

Əli İsmayılzadə “”Nuriye Qods 840″in komandiri, polkovnik Həsən Seyid Xudainin müavini idi. H. Seyid Xudai Tehrandakı evinin qarşısında, avtomobilində olarkən güllələnərək qətlə yetirilmişdi.

Oxşar xəbərlər