Özbəkistanda SARS-a qarşı dərman qəbul edən 20 uşaq həyatını itirib.
Bu barədə Özbəkistan Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, faciə dekabrın sonunda baş verib. Sonra Səhiyyə Nazirliyi Hindistan istehsalı olan “Doc-1 Max” dərmanını qəbul etdikdən sonra 18 uşağın öldüyünü bildirib.
Faktla balı cinayət işi açılıb, bu şirkətin bütün məhsullarının respublika ərazisində satışı dayandırılıb.
Laboratoriya tədqiqatları zamanı dərmanda zəhərli maddə – etilen qlikol aşkar edilib, ondan antifriz hazırlanır.
Sonra daha bir uşağın öldüyü məlum olub.
Bu gün Səhiyyə Nazirliyi 20-ci uşağın öldüyü açıqlayıb. Onun 3 yaşı olub. (Publika.az)