“Yeşilçam” filmlərində “Sezercik” ləqəbli uşaq aktyor kimi tanınan Sezer İnanoğlu həbs edilib.
Tacxeber.com xəbər verir ki, o, “fırıldaqçılıq” ittihamı ilə 5 il 9 ay müddətində azadlıqdan məhrum edilib.
Belə ki, İnanoğlu və anası bir neçə il əvvəl ev satmaq adı ilə bir qadını aldadıb. Zərərçəkmiş şəxs üzləşdiyi problemdən sonra prokurorluğa müraciət edib.
Nəticədə, Sezər və anasına “xüsusi fırıldaqçılıq” və “rəsmi sənədləri saxtalaşdırma” ittihamları ilə iddia qaldırılıb.
Saxlanılan tərəf apellyasiya məhkəməsinə müraciət edib.