• 22 Noyabr 2024 18:03

“TikTok” sızanaqlarına görə 16 yaşlı qızın səhifəsini bağladı – FOTO

 

“TikTok” üzündə sızanaqlar olduğuna görə 16 yaşlı qızın səhifəsini bağlayıb.

Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Yorkşirdə yaşayan Eva adlı yeniyetmə paylaşım edib. Evanın sözlərinə görə, “TikTok” onun videolarını “dəhşətli məzmun” olaraq qiymətləndirib və hesabı bloklayıb.

“Dərinizdə sızanaqların olması gözəl olmadığınız demək deyil. Bunun məni incitməsinə imkan vermədim və növbəto gün hesabı yenidən yaratdım və daha da yaxşılaşdırdım”, – deyə Eva BBC-yə açıqlamasında söyləyib.

Yeniyetmə daha sonra “TikTok”a elektron poçtla müraciət edib. Sosial şəbəkə qərarı yenidən nəzərdən keçirdikdən sonra onun səhifəsini bərpa edib.

Şirkətdən verilən açıqlamada “TikTok”un insanların özünü ifadə edə biləcəyi kreativ və orijinal platforma olduğu vurğulanıb.

Qeyd edək ki, 16 yaşlı yeniyetmə “TikTok”dan motivasiya xarakterli paylaşımlar etmək və məsləhətlər vermək üçün istifadə edir.

Tacxeber.com

 

Oxşar xəbərlər