• 20 Sentyabr 2024 06:56

“Türkiyə və Suriya on bir illik düşmənçilikdən sonra  barışığa hazırdır?..”

“Türkiyə, Rusiya və Suriya XİN rəhbərlərinin bu ay görüşəcəyi gözlənilir, bundan sonra liderlərin görüşü baş tuta bilər…”

“Ərdoğan gələcək sülh sazişində kürd qüvvələrinin Suriyanın şimalında muxtar vilayət yaradılması imkanını istisna edir…”

“Ərdoğan Rusiyadan evlərinə dönə biləcək suriyalı qaçqınların təhlükəsizliyinin təmin edilməsini xahiş edib…”

“BMT-nin məlumatına görə, Türkiyə 3, 5 milyon suryalı qaçqın qəbul edib və bu, ölkə iqtisadiyyatına neqativ təsir edir…”

“Ərdoğan Suriyada PKK ilə əlaqəli olan kürd qruplaşmalarının məhv edilməsini Türkiyənin əsas prioritet vəzifəsi olduğunu bəyan edir…”

“ABŞ Əsəd rejimi ilə münasibətləri normallaşdırmaq fikrində deyil və başqa ölkələrlə münasibətlərin normallaşmasını dəstəkləmir…”

Türkiyə pezidenti RəcəbTayyib Ərdoğan özünün suriyalı həmkarı Bəşər Əsədlə Vladimir Putinin vasitəçiliyi ilə mümkün görüşə eyham vurub.

Tacxeber.com xəbər verir ki, bu barədə “Detaly” nəşri yazıb.

Rusiya prezidenti bir çox illər ərzində Türkiyə ilə Suriyanın barışığına təkid edib və görünən odur ki, buna həmişəkindən daha yaxındır. Burada Ərdoğanın Ukrayna müharibəsi fonunda yeni imkanların açıldığını hiss etməsi az əhəmiyyət kəsb etmir.

Ötən həftə Ərdoğan Əsədlə barışığın perspektivlərinə ən nikbin  qiymət verib: “Rusiya-Türkiyə-Suriya olaraq biz Moskvada kəşfiyyat rəhbərləri və müdafiə nazirlərimizin görüşü vasitəsilə bu prosesi işə salmışıq. Sonra Allahın köməyilə xarici işlər nazirlərimizin üçtərəfli görüşünü təşkil edəcəyik. Daha sonra, hadisələrin inkişafından asılı olaraq, biz liderlər bir araya gələcəyik”.

Türkiyə, Rusiya və Suriya xarici işlər nazirlərinin bu ay görüşəcəyi gözlənilir.

Bu, Suriya prezidenti Bəşər Əsədin reabilitasiyasında mühüm addım olardı. 2011-ci ildə Əsədə qarşı üsyanı dəstəkləyən Türkiyə indi onun Suriya üzərində hakimiyyətini açıq şəkildə tanımağa və diplomatik əlaqələrin, təhlükəsizlik və ticarət sahəsində əlaqələrin bərpası üzərində işləməyə hazırdır, “Bloomberg” agentliyi Türkiyənin mövqeyindən xəbərdar olan insanların sözlərindən iqtibas gətirib.

Öz növbəsində prezident Rəcəb Tayyib Ərdoğan istəyir ki, gələcəkdə istənilən sülh sazişinin tərkib hissəsi kimi Əsəd ABŞ-ın dəstəklədiyi kürd qüvvələrinin onların ölkənin hazırda nəzarət etdikləri şimal rayonlarında muxtar vilayət yaradılması imkanını istisna etsin.

Suriya ilə Türkiyə arasında münasibətlərdə irəliləyiş Əsədin əsas hərbi müttəfiqi Rusiya tərəfindən dəstəklənir. Türkiyə ilə Suriya arasında münasibətlərin nizama salınması “Rusiya üçün uğur olacaq”, – bunu Moskvada işləyən Yaxın Şərq üzrə ekspert Yelena Suponina deyir.

O cümlədən, Ankaranın Dəməşqlə yeni tərəfdaşlığı Kremlin Yaxın Şərqdə rolunu möhkəmləndirəcək və Vaşinqtona Suriyada qalan iştirakından əl çəkmək üçün təzyiq göstərəcək. Pentaqon Suriyada kürdlərlə və onların vasitəsilə işləyən 800 hərbi qulluqçu saxlayır. Ekspertlərin sözlərinə görə, ABŞ Suriyada İslam Dövləti ilə mübarizə strategiyasını uğurlu hesab edir və hələlik çətin ki, qoşunlarını oradan çıxarsın.

“Biz Əsəd rejimi ilə münasibətləri normallaşdırmaq fikrində deyilik və başqa ölkələrlə də münasibətlərin normallaşmasını dəstəkləmirik”, – bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays Ərdoğanla Əsədin mümkün görüşü barəsində suala cavab verərkən bəyan edib.

Rusiya prezidenti Vladimir Putin Türkiyəyə Əsədlə əlaqələri bərpa etmək barədə hələ ötən il Soçidə Ərdoğanla görüşü zamanı təklif edib. Lakin, “Əl-Monitor” nəşrinin yazdığına görə, əgər sövdələşmə məhz indi baş tutacaqsa, Ukraynada ilişib qalan Putin deyil, Ərdoğan bu irəliləyişin əsas təşəbbüskarı kimi görünəcək.

Ərdoğan bu sövdələşməyə ona görə meyllənir ki, yayda onu seçkilər gözləyir, o, xarici siyasətdən ölkə daxilində öz polulyarlığının möhkəmlənməsi üçün istifadə etməyə çalışır. Mənbənin məlumatlna görə, Ərdoğan Rusyadan iki ölkə arasında münasibətlər normallaşdıqca evlərinə dönə biləcək Suriya qaçqınlarının təhlükəsizliyinin təmin edilməsini xahiş edib. BMT-nin məlumatına görə, Türkiyə 3, 5 suriyalı qaçqınları qəbul edib və bu, ölkə iqtisadiyyatına mənfi təsir göstərir. Qaçqınların geriyə dönməsi Ərdoğanın seçki ərəfəsində populyarlığının artmasına kömək edəcək.

Bu zaman Ərdoğan açıq şəkildə Suriyada əsasən kürd “Suriya demokratik qüvvələri” və onlarla əlaqəli olan yerli partiyalar-Demokratik İttifaq Partiyası və “Xalq Müdafiəsi Cəbhəsi”nin məhv edilməsini özünün prioritet vəzifəsi hesab edir. Türkiyə bu qrupları terrorçu hesab etdiyi Kürd Fəhlə Partiyası (PKK) ilə bağlı olduğunu bəyan edir.

Ərdoğan dəfələrlə Türkiyənin kürd qüvvələrini sıxışdırmaq üçün Suriyanın şimalına mümkün müdaxilə edəcəyi barədə xəbərdarlıq edib. Əsədlə siyasi sövdələşmə Ərdoğana Suriyada hərbi əməliyyat riski olmadan və Vaşinqtonla Türkiyəyə Amerika qırıcılarının tədarükü barədə danışıqlar fonunda ABŞ-ın narazılığını artırmadan  kürd qruplaşmaları üzərində qələbə barədə bəyan etməyə kömək edə bilər.

Bu arada isə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də kənarda qalmaq istəmir. BƏƏ xarici işlər naziri Abdulla bin Zayed əl-Nahayyan bu yaxınlarda 2021-ci ilin noyabr ayından özünün Suriyaya ikinci səfərini edib, bu da Dəməşqin ərəb dünyası ilə əlaqələrinin tədricən normallaşmasını sübut edir, hərçənd, Bayden administrasiyası buna qarşıdır. Əsədin, deyəsən, möhkəmləndiyindən, Rusiya isə İranın dominant rolunu əvəzləyə bilməməsindən BƏƏ İranın Suriyada təsirini məhdudlaşdırmağa səy göstərir.

Bununla yanaşı, Türkiyə ilə Suriyanın barışığı son qərar deyil, Türkiyə qoşunlarının şimala müdaxiləsi baş verə bilər. Suriyada hərbi aktivləri və təsiri olan ölkələrin-ABŞ, Rusiya, İran, Türkiyə və İsrailin mövcudluğu onu güman etməyə əsas verir ki, vəziyyət istəniən anda kəskinləşə bilər.

Müəllif: Aleksandra Appelberq

Tacxeber.com

Oxşar xəbərlər