• 20 Sentyabr 2024 02:36

Bayden Ərdoğanı devirmək üçün “Türkiyədəki dostları” ilə əlindən gələni edəcəkmi? – TƏHLİL

Bayden Ərdoğanı devirmək üçün

Tanınmış ermənişünas alim, Moderator.az-ın şərhçisi Qafar Çaxmaqlı bu dəfəki təhlilində Türkiyədə qarşıdan gələn taleyüklü seçkiöncəsi durumu dəyərləndirib:

“Türkiyə üçün 2023 çox önəmli tarixdir. Bu il TC-nin 100-cu ilidir, bu tarixə hesablanmış bir çox hədəflər var. Onların gerçəkləşdirilməsi qardaş ölkəni daha da gücləndirəcək. Türkiyə həm də bu il çox kritik mərhələdən keçəcək, ölkə içində və ölkə xaricində Türkiyədə gözlənilən seçkilər qızğın müzakirə edilməkdədir. Dünyanı maraqlandıran  bu ilin iyununda nəzərdə tutulan Prezident və Parlament seçkilərində qalib gələcək liderin və siyasi qüvvənin kimliyidir. Azərbaycan açısından da  bu tədbirin önəmli ölduğu şəksizdir. İstər – istəməz qardaş ölkədə baş verən proseslər və hər hansı dəyişiklik Azərbaycandan da yan keçməyəcək, onun birbaşa və dolayısı ilə bölgəmizdə gedən gəlişmələrə təsiri olacaq. Bu mənada Azərbaycan Türkiyədəki seçkilərə biganə qala bilməz, orada olan gəlişmə və dəyişikliklərin Azərbaycanın apardığı daxili və xarici siyasətə  təsir imkanları bəri başdan hesablanmalıdır. Bu, dövlətimizin yararına olacaq fəaliyyətlərin müəyyənləşməsi üçün çox önəmlidir.  Türkiyədə baş verəcək hər hansı dəyişikliklərin Azərbaycana münasibəti və dövlət siyasətini dəyişdirməyəcəyini bilirik.

Əlbəttə, bu seçkilərdə son sözü Türkiyə xalqı və seçiciləri deyəcək. Amma bu seçkilərin seyrini dəyişdirmək üçün beynəlxalq imperializm də dinc durmayacaq. Türkiyəyə qarşı açıq düşmənçilik siyasəti aparan bəzi ölkələr Ərdoğan hakimiyyətinin məğlubiyyətini istəyir. Bunu deməkdə yarar var ki, ABŞ prezidenti Co Bayden hakimiyyətə gələndən sonra açıq efirlə demişdi ki, Amerika Rəcəp Tayyip Ərdoğanı devirmək üçün Türkiyədəki dostları ilə əlindən gələni edəcək. Nədən beynəlxalq imperializmə Ərdoğan sərf etmir, bunun çoxlu səbəbləri var.

İndiki halda  mövcud AK Partiya hakimiyyətinin siyasi kursu bəllidir. 20 illik iqtidarı dövründə bu iqtidar başlatdığı fəaliyyətləri davam etdirmək istəyir, Türkiyənin dik duruşu, bütün basqıları önləyərək müstəqil addımları, bölgəsəl liderlikdən dünya liderliyinə doğru atılan qərarlı addımları bəzi dairələrin xoşuna gəlmir və onlar Ərdoğanın hakimiyyətdən uzaqlaşdırılması planlarını gerçəkləşdirməyə ümidlidirlər. Türkiyəni zəiflətmək, onu onun bunun dediyi ilə oturub duran dövlət etmək cəhdləri var və gündəlik siyasi həyatda bunları sezmək mümkündür. Bu mənada seçki ərəfəsində  həmin qüvvələrin iqtidar partiyasının rəqiblərini dəstəkləyəcəkləri də gözləniləndir. Hesab edirəm ki, Türk seçiciləri bu xüsusiyyəti anlamaqdadır.

Bu seçkidə bir Ədalət və Kalkınma Partiyası,  Milliyətçi Hərəkat partiyası və oraya sonradan daxil olmuş Böyük Birlik Partiyasından ibarət “Cümhurittifaqı”nın Prezidentliyə ortaq  namizədi Ərdoğandır və artıq seçki təbliğatı başlamış sayıla bilər. Onun qarşısına çıxacaq müxaliflərin birləşdiyi  “Millət ittifaqı”nın ortaq adayı isə hələ yoxdur.  “6-lı masa” adlandırılan müxalifətin bir araya gələrək qurduğu koalisyon neçə aydır ki, ortaq aday çıxarmaqda problemlər yaşamaqdadır. Bu masanın başını çəkdiyi ana müxalifət partiyasının – CHP-nin lideri Kemal Kılıçdaroğlunun ortaq aday olaraq Ərdoğanın qarşısına çıxarılması və qələbənin təmin olunmasına digər 6-lı masa üzvləri arasında inamsızlıqlar var, buna hələ də risk etmirlər. Onlar elə bir namizəd çıxarmaq istəyirlər ki, seçkilərdə qələbəni təmin etsin. Burada təmsil olunan partiya rəhbərlərinin özlərinin namizəd olması məsələsi də arada müzakirə olunsa da (məsələn, DEVA lideri Ali Babacan bu istəyini açıq ifadə edib) masa buna cəsarət etmir. 6-lı masada təmsil oluna  İYİ parti lideri Meral Akşener ilə Kılıçdaroğlu arasında ortaq aday məsələsində fikir ayrılığı olduğu açığa çıxandan sonra içəridə yeni bir gərginlik yaranmışdır.  6-lı masanın içindən deyil, kənardan namizəd çıxarılması düşüncəsi də bu koalisyonun dağılacağına qədər uzana bilər. İstanbul Böyükşəhər  Bələdiyyə Başkanı Əkrəm İmamoğlunun və ya Ankara Bələdiyyəsinin başkanı Mansur Yavaşın adlarının namizəd kimi hallandırılması CHP içində də fikir ayrılığına səbəb olmuşdur. Hətta son günlərdə masadan kənara sızan məlumatlara görə, burada ortaq bir aday razılaşması olmasa, həmin namizəd kənarda axtarılacaq. Ara- sıra keçmiş prezident Abdulla Gülün də adı hallandırılır, amma onun da Ərdoğanın qarşısına çıxacaq siyasi çəkisi yoxdur.

Görünən odur ki, Kılıçdaroğlu özü namizəd olmaq istəyir, cəmiyyətin 6- lı masa partiyaları kənarındakı seçici kütləsinə  yönəlik verdiyi açıqlamalarda da ciddi olduğu görünməkdədir.  Onun ayrı- ayrı ölkələrə -ABŞ , İngiltərə və Almaniyaya səfərləri də bu məqsədlə edilmişdi. Ölkədə seçkini udmaq üçün kürd seçililərin səsini almaq mücadiləsi gedir, CHP  lideri və  bu masada təmsil olunan DEVA son zamanlar kürd seçmənə yönəlik belə jestlər etdilər, amma  6-lı masaya yaxın qoyulmadığından  kürdlərin siyasi təşkilatı olan HDP öz namizədini çıxarmaq kimi bir bəyanda bulunmuşdur. Əgər belə olacaqsa, müxalifətin ortaq olaraq çıxardığı adayın qələbə şansı azalır.  HDP-lilər onların istədiyi aday çıxmasa, özlərinin namizədinin veriləciyini deyirlər. Belə görünür ki, HDP  Kılıçdaroğlunun namizədliyindən yanadır.

Kürd əhalinin böyük bir hissəsinin isə  Erdoğanın elektoratı olduğunu nəzərə alsaq, olası bir bölünmə iqtidarın lehinə işləyəcəkdir.  Belə bir düşüncədə olanlar da vardır ki, müxalifət bir namizədlə deyil, bir neçə namizədlə seçkiyə getsin və Prezidentin seçilməsi ikinci tura qalarsa hamı ikinci olan namizədi dəstəkləsin.  Buna da müxalifət risq etmir. Reytinq araşdırmalarında  xeyli dərəcədə öndə olan Erdoğanın işinə yarayacağından qorxurlar. Bu qorxu və qərarsızlıq müxalifətin hələ də ortaq bir fikrə gəlməməsinin əsas səbəbidir.

Seçkilərin nəzərdə tutulandan önə çəkilməsi məsələsi  ortaya çıxandan sonra 6-lı masanı  qərar verməyə məcbur buraxmışdır. Artıq bu ayın sonuna doğru ortaq namizədin adının açıqlanması  və Erdoğanın qarşısına hansı planın ortaya qoyulması məcburiyyətini yaratmışdır.

Amma hər hansı plan işləsə , işləməsə də iqtidar və onun əsas ortağı  MHP-Dövlət Bahçeli   Erdoğanın qarşısına çıxarılacaq namizədlə mübarizə etməyə hazır görünür.

Seçkilərin çox gərgin keçəcəyi isə bəllidir.  İqtidar ölkənin inkişafı  və gələcəyi üçün  bir çox layihələri başlatmış və onları yarımçıq qoymaq niyyəti yoxdur. Erdoğanın “Ya qələbə, ya qələbə “ üçün hər şey edilməkdədir və   seçkilərə təsir edəcək  çətin  ekonomik durumu düzəltmək üçün tədbirlərə seçki başlamadan belə  start vermişdir. Yəni müxalifətin  qarşı arqument kimi istifadə edəcəyi  bir çox faktorları aradan qaldırmaq tədbirləri görmüşdür, qarşıdakı aylarda  seçiciləri öz tərəfinə çəkmək üçün müəyyən jestlər də ediləcəyi ehtimalları var.– Rəcəb tayyip Erdoğan da istəyir ki,  müxaliflərin çıxaracağı namizəd tezliklə bəlli olsun və onun kiminlə mübarizə edəcəyi bəlli olsun. Bu məsələdəki qeyri- müəyyənlikdən doğan problemlər şübhəsiz ki, cəmiyyətin müəyyən təbəqələrinə seçim etmək çətinliyi yaradır.   Müxalifətin bu işi gecikdirməklə hansı stratejisinin olması bəlli deyil.

Ehtimal ki,  bu seçkilərdə ilk turda namizədlərdən biri yetərli 50+1 səsə ulaşmayacaq. Çoxsaylı  araşdırma şirkətlərinin təsbitlərinə  əsasən bunu demək olar.  Amma ikinci turda yenə prezident Erdoğanın qalib gələcəyiehtimal edilməkdədir. Eyni zamanda bu seçkilərin nəticələri  yeni parlamentdə partiyaların  topladıqları səslərə görə müəyyən sürprizlərə gətirib çıxaracaqdır. 6-lı masada yer alan bəzi partiyaların “dərdi” nəzərdə tutulan barajı keçmək və parlamentdə təmsil olunmaqdır.  Məsələn, İYİ partinin son dövrlərdə keçirilən anket sorğularında önə çıxması ondan xəbər verir ki, Meral Akşenerin əsas məqsədi parlamentdə ən azından ikinci partiya kimi təmsil olunmaqdır..   Bu baş verərsə çoxdan bəri  6-lı masada da müzakirə olunan “Gəlişdirilmiş parlament sisteminə “ keçidin önünü açacaq  çoxluğu əldə etməkdir.  Müxalifətin qalib gələcəyi təqdirdə Türkiyənin Anayasanın dəyişdiriləcəyi planları vardır.

Türkiyə demokratik dövlətdir. Ayrı- ayrı siyasi qüvvələr arasında mübarizə də çox normaldır. Türkiyədə baş tutacaq bu seçkilər şübhəsiz demokratiyanın yeni bir təntənəsi olacaqdır. Türk seçiciləri həssasdır və dünyanın indiki durumunda  Türkiyənin başlatdığı bölgəsəl liderlik özəlliyinə zərər verəcək  səhvlərə yol verməyəcək. Bu seçkilərdən çıxan nəticələr Türkiyənin başlatdığı vizyonu irəli aparmağa daha da yardım edəcək”. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər