• 22 Noyabr 2024 14:57

“Hücum edilən ölkəyə dəstək vermək mənəvi borcumuzdur…” – NATO-nun baş katibi

 

NATO Ukraynaya dəstəyi gücləndirməyə çağırış edib

“Əgər istila və tiraniya azadlıq və demokratiyaya qalib gəlsə, möhkəm sülh olmayacaq…”

“Ukraynalıların masa arxasında nail ola biləcəkləri döyüş meydanındakı qüvvəsindən asılıdır…”

“Silah, mahiyyətcə, sülhə aparan yoldur…”

“Əgər Rusiya Ukraynada qalib gəlsə, bu, ukraynalılar üçün faciə olacaq”. 

Tacxeber.com xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq İsveçin Selen şəhərində Təhlükəsizlik Konfransındakı çıxışında bəyan edib.

“Bir çox illər ərzində NATO və, xüsusilə, BMT, Kanada və Böyük Britaniya Ukraynaya silah və texnika tədarük edib və təlim keçib. Hazırda başqa ölkələr də, o cümlədən İsveç də öz töhvəsini verməkdədir. Bu çox vacibdir, çünki Putin Ukraynada qalib gəlsə, bu, ukraynalılar üçün faciə olacaqdır”, – NATO-nun baş katibi deyib.

Onun sözlərinə görə, bu, həm də Alyansın özü üçün təhlükəlidir. Çünki onu daha həssas edəcək, “əgər istila və tiraniya azadlıq və demokratiyaya qalib gəlsə, möhkəm sülh olmayacaq”.

“Bizim hücuma məruz qalan ölkəyə dəstək vermək təkcə mənəvi borcumuz deyil, bu, həm də bizim maraqlarımıza və təhlükəsizliyimizə cavab verir.

Müharibələri proqnozlaşdırmaq mümkün deyil. Ukraynadakı müharibənin də nə vaxt və necə bitəcəyini demək çətindir. Amma biz bilirik ki, müharibələrin əksəriyyəti danışıqlar masası arxasında bitir. Böyük ehtimalla, bu da belə olacaq.

Ukraynalıların masa arxasında nail ola biləcəkləri döyüş meydanındakı qüvvəsindən asılıdır. Ona görə də əgər biz məsələnin danışıqlar yolu ilə həllini və Ukraynanın Avropanın müstəqil ölkəsi kimi sağ qalmasını istəyiriksə, bunun ən tez üsulu Ukraynaya dəstək verməkdir. Silah, mahiyyətcə, sülhə aparan yoldur”, – Stoltenberq bəyan edib.

O, hesab edir ki, “Avropada təhlükəsizliklə bağlı vəziyyət həmişəlik dəyişib”, çünki “Moskvadakı rejim başqa Avropanı istəyir”, o “qonşu ölkələrə nəzərət etmək istəyir və demokratiya və azadlığı özünə təhlükə görür”, bu isə “Rusiyanı Qərblə daima qarşıdurma vəziyyətinə salır”.

“Bu müharibə hətta bitsə belə, bizim Rusiya ilə münasibətlərimizdə problemlər qalacaqdır. Ukrayna qüvvələri Ukraynada Rusiyaya ağır itkilər yaşadıb. Lakin rusiyalılar növbəti dəfə böyük riskə gedib böyük insani itkilərə məruz qalmağa hazır olduğunu nümayiş etdirib. Ən başlıcası, Rusiyanın ambisiyalarının dəyişilməsinin heç bir əlaməti yoxdur”, – Stoltenberq  bəyan edib.

Tacxeber.com

Oxşar xəbərlər