• 23 Noyabr 2024 00:50

İsveç: Biz Türkiyənin bütün tələblərini yerinə yetirə bilmərik

İsveç: Biz Türkiyənin bütün tələblərini yerinə yetirə bilmərik

İsveçin baş naziri Ulf Kristersson Türkiyənin NATO üzvlüyü ilə bağlı bütün tələblərini yerinə yetirə bilməyəcəklərini bildirib.

Kristersson, düşüncə mərkəzinin təşkil etdiyi konfransdan sonra verdiyi açıqlamada, Türkiyənin İsveçin NATO üzvlüyü üçün nə verə bilməyəcəklərini soruşduğunu ifadə etdi.

İsveçin NATO üzvlüyünün Türkiyənin əlində olduğuna diqqət çəkən Kristersson: “Türkiyə bizim Üçtərəfli Memorandum çərçivəsində etdiklərimizi təsdiqləyir, lakin bizim onlara verə bilməyəcəklərimizi istəyirlər və bunu onlara verə bilməyəcəyik. Biz Türkiyənin bütün tələblərini yerinə yetirə bilmərik”, – ifadələrdən istifadə etmişdir.

Kristersson bildirib ki, Türkiyə parlamentin İsveçin NATO-ya qəbulu ilə bağlı nə vaxt səs verəcəyini bilmir. (Bizimyol.info)

Tacxeber.com

Oxşar xəbərlər