Xankəndində Putinin himayəsində bəslənən separatçı-terrorçu rejimin qondarma “dövlət naziri”, qərargah rəisi Ruben Vardanyanın rəhbərliyi ilə yanvarın 9-da keçirilən Operativ qərargahın iclasında əhalinin prioritet ehtiyaclarının təmin edilməsi ilə bağlı bir sıra aktual məsələlər müzakirə edilib. Blokada şəraitində mövcud ərzaq məhsullarının ədalətli paylanmasına imkan yaradan talon sisteminin tətbiqi vurğulanıb.
Moderator.az xəbər verir ki, bu haqda “Hraparak” məlumat yayıb.
“Bildirilib ki, artıq sistemin tətbiqi mexanizmləri hazırlanıb. İlkin olaraq birinci dərəcəli əhəmiyyət kəsb edən bir neçə növ məhsula talon tətbiq edilməsi planlaşdırılır. Hazırda yaxın günlərdə bu sistemə keçid üçün texniki və təşkilati işlər aparılır”-xəbərdə belə deyilir.
P.S. Putinin Qarabağdakı haykları guya ağ günə çıxarmaq üçün göndərdiyi milyarder “desant”ının bədnam siyasəti soydaşlarını çörəyə də möhtac etdi…