• 22 Noyabr 2024 18:30

Qida mütəxəssisindən qışda xəstəliklərdən qorunmaq üçün VACİB TÖVSİYƏLƏR

 

İmmunitet sistemini tək tərəfli qidalanma və ya yalnız vitamin əlavələri ilə gücləndirmək olmaz.

Tacxeber.com “Sabah” qəzetinə istinadla xəbər verir ki, bu sözləri qidalanma üzrə ekspert və dietoloq Banu Özbingül Arslansoyu deyib. Onun sözlərinə görə, immun sisteminin gücü yeyilən yeməklərdən, qəbul edilən karbohidrat, zülal, yağ, vitamin və mineralların miqdarından asılıdır:

“Məsələn, bəzi mineralların daha yaxşı mənimsənilməsi üçün vitaminlərə, bəzi vitaminlərin isə yağa ehtiyacı var. Buna görə də balanslaşdırılmış qidalanma proqramı yaradılmalı, bütün qida qrupları gündəlik qidalanmaya daxil edilməlidir. Ət, süd, meyvə və tərəvəz kimi un məmulatları da qidanlanma siyahısında yer almalıdır”.

Həmçinin o bildirib ki, immunitet sisteminin güclənməsində mühüm rol oynayan A vitamini ehtiyacını qarşılamaq üçün günlük 1 ədəd kartof yemək kifayətdir.

Qışda günəş şüalarının kifayyət qədər olmaması səbəbindən D vitamini qəbulunun az olduğunu vurğulayan Arslansoyu sözlərinə belə davam edib:

“D vitamini immunitet sistemimizi gücləndirməkdə böyük əhəmiyyət kəsb edir. Onun çatışmazlığı xəstəliklərə qarşı müqavimətimizi azaldır. Gündəlik qidalanma ilə D vitamini çatışmazlığını aradan qaldırmaq mümkün deyil. Lakin, gün ərzində qoz, fındıq, badam kimi yağlı toxumlar yemək immun sisteminə müsbət təsir edir.

Taxıllarda, süd və süd məhsullarında, yaşıl yarpaqlı tərəvəzlərdə, ətdə və balığın tərkibində olan B vitamini də immuniteti gücləndirir.

Bundan əlavə, E vitamini ilə zəngin olan qoz, fındıq, badam, günəbaxan yağı və zeytun yağı da hər gün kifayət qədər qəbul edilməlidir”,- deyə o söyləyib.

Tacxeber.com

Oxşar xəbərlər