• 20 Sentyabr 2024 08:01

Urmiya gölü yaxınlığında 9 min illik kurqan tapılıb – FOTO

Urmiya gölü yaxınlığında 9 min illik kurqan tapılıb - FOTO

Urmiya gölünün cənub şərq bölgəsində 9 min illik tarixi kurqan aşkar ediblər.

 xəbər verir ki, bu barədə “Mouze” teleqram kanalı məlumat yayıb.

Arxeoloqlar Güney Azərbaycanın ən qədim neolit ​​kəndlərinin Urmiya gölü hövzəsindəki “Çəmən Leylan” kurqanı ətrafında yerləşdiyini bildirirlər.

Qeyd olunur ki, Təbriz İslam İncəsənət Universiteti və Şərqi Azərbaycan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsi Mədəni İrs və Turizm Elmi-Tədqiqat İnstitutunun icazəsi ilə “Çəmən Leylan” kurqanında tədqiqat işləri aparır. (BAKU.WS)

Oxşar xəbərlər