• 28 Sentyabr 2024 01:27

Rusiyada hərbi komissarlıq yandırıldı – VİDEO

 

Rusiyada, İrkutsk vilayətinin Bratsk şəhərində naməlum şəxs hərbi komissarlığı yandırıb.

Tacxeber.com lent.az-a istinadən bildirir ki, hadisə yerindən görüntülər internetdə yayılıb.

“Shot” Telegram kanalının məlumatına görə, yanğın zamanı komissarlıqda iki nəfər – qadın mühafizəçi və bir polis olub. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını bütün binanı bürüməmiş söndürməyə müvəffəq olublar.

İlkin məlumata görə, yanğından əvvəl naməlum şəxs hərbi komissarlığın ərazisinə daxil olub. İndi polis yanğın törədən şəxsi axtarır.

Tacxeber.com

Oxşar xəbərlər