Ukrayna ordusunun mətbuat katibi İvanna Platovska gecə həyatı ilə gündəm yaradıb.
Tacxeber.com gundem.az-a istinadən xəbər verir ki, dövlət rəsmisinin sosial şəbəkə hesabından paylaşdığı gecə həyatı görüntüləri reaksiyaya səbəb olub. Belə ki, Platovska Odessada gecə klublarının birində əyləncə videosunu və Parisdə Eyfel qülləsi qarşısında gecə çəkilmiş fotolarını “Instagram”da paylaşıb.
Bundan sonra, Ukrayna xalqı ölkəsindəki müharibəni “unudan” dövlət rəsmisini əyləncə görüntülərinə sərt tənqid ediblər. İzləyicilər Ukraynada dağıntılar, müharibə və insan ölümü davam edərkən mətbuat katibinin bu paylaşımalarına “Ölkədə müharibə gedir və İvanna Qərbin köməyi ilə günü yaşayır”, “Bu nə biabırçılıqdır” kimi şərhlər yazıblar.
İstefası tələb olunan İvanna Platovska yayılan görüntülərlə bağlı heç bir açıqlama verməyib.