İranın müdafiə nazirinin sabiq müavini Əlirza Əkbəri edama məhkum olunub.
Tacxeber.com-ın məlumatına görə, Ə.Əkbərinin Britaniya kəşfiyyatına casusluqda ittiham olunduğu bildirilir.
İranın Kəşfiyyat Nazirliyinin yayımladığı məlumata görə, Ə.Əkbəri ölkənin həssas qurumlarında müxtəlif məlumatları əldə edərək bilərəkdən Britaniya kəşfiyyatına ötürüb. Ə.Əkbərinin nə zaman edam olunacağı açıqlanmayıb.