• 20 Sentyabr 2024 04:49

Kadırov müharibəyə 20 mindən çox döyüşçü göndərdi

Kadırov müharibəyə 20 mindən çox döyüşçü göndərdi

 

Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib ki, artıq 21 mindən çox yaraqlı Ukraynadakı müharibəyə göndərilib.

Tacxeber.com xarici mediaya istinadla bildirir ki, o, bu barədə “Telegram” səhifəsində məlumat verib.

Onun sözlərinə görə, hazırda ön cəbhədə Çeçenistandan olan doqquz mindən çox əsgər var. “Onların hər biri bütün zəruri forma və silahlarla təmin olunub ki, bu da onlara səmərəli xidmət etməyə imkan verir”, – Kadırov bildirib.

Tacxeber.com

Oxşar xəbərlər