• 23 Noyabr 2024 01:55

Madonna afrikalı uşaqların ticarəti və cinsi istismarda ittiham olunur – FOTO

Madonna afrikalı uşaqların ticarəti və cinsi istismarda ittiham olunur - FOTO

Amerikalı müğənni Madonna afrikalı uşaqların alverində, onların cinsi istismarında, həmçinin homoseksuallığı və transseksuallığı təbliğ etməkdə ittiham olunub.

“Ümumdünya Efiopiya Federasiyası”adlı xeyriyyə təşkilatı dövlət başçısı Lazarus Çakveradan sənətçi haqqında araşdırma aparmağı tələb edib.

Prosesin başlanması tələbinə səbəb müğənninin 2006-cı ildə Afrika ölkələrindən birində təsis etdiyi “Education Malawi” fondu olub. Təşkilatın işi sayəsində Avropa və ABŞ sakinləri afrikalı uşaqları övladlığa götürə biliblər.

“Uşaq alveri, cinsi istismar, cinsi köləlik, məcburiyyət, hədələr, fırıldaqçılıq, aldatma və səlahiyyətlərdən sui-istifadə ilə bağlı təhqiqat aparılana qədər Madonna və onun tərəfdaşlarının afrikalı uşaqlarla ünsiyyəti ehtiyat tədbiri olaraq məhdudlaşdırılmalıdır”, – federasiyasının bəyanatında deyilir.

Təşkilat həmçinin Madonnanı “digər qadınla ədəbsiz davranışda” ittiham edərək, ölkədə belə hərəkətlərin qanunla cəzalandırıldığını qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər