• 22 Noyabr 2024 20:09

Rusiya öz qoşunlarını Ukraynadan çıxarmalıdır” –  Çavuşoğlundan gözlənilməz açıqlama…

Türkiyə Zelenskinin sülh planına dəstək verib..

“Bizim məqsədimiz möhkəm sülh və qarşılıqlı məqbul qərarın qəbul ediməsidir…”

“Biz inanırıq ki, müharibə danışıqlar masası arxasında bitəcək, bu, nə qədər tez olarsa, bir o qədər yaxşıdır…”

Türkiyə prezident Vladimir Zelenskinin Ukraynada sülhə nail olmaq üçün təklif eydiyi planı dəstəkləyir.

Tacxeber.com xəbər verir ki, bu barədə “УНИАН” nəşri məlumat yayıb.

Bu barədə Cənubi Afrika Respublikasında səfərdə olan Türkiyənin xarici işlər nazir Mövlud Çavuşoğlu bəyan edib.

“Əlbəttə, bizim məqsədimiz möhkəm sülh və qarşılıqlı məqbul qərarın qəbul edilməsidir. Biz inanırıq ki, bu müharibə danışıqlar masası arxasında bitəcəkdir. Bu, nə qədər tez olsa, bir o qədər yaxşıdır”, – o deyib.

Türkiyəli nazir qeyd edib ki, Ankara atəşin dayandırılması və möhkəm sülhə nail olunması üzərində fevralın 24-dən işləyir.

Rusiya bəyan edir ki, hazırda danışıqlara hazırdır. Zelenski 10 bənddən ibarət sülh planı təklif edib. Biz Türkiyə olaraq bu planı dəstəkləyirik və öz işimizi davam edirik”, – Çavuş deyib.

Xatırladaq ki, G20 sammitində Zelenski müharibənin bitməsinin 10 şərtini açılqayıb. Bəndlərin birində Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması və döyüş əməliyyatlarının dayandırılması haqqında deyilir.

Türkiyənin diplomatik səylərindən danışarkən Çavuşoğlu qeyd edib ki, dialoq gedir və “bir çox parametrlər üzrə” gedir.

“Biz İstanbulda danışıqlar aparırıq. Müharibə gedir, lakin biz hər iki tərəflə qarşılıqlı əlaqədəyik və bu müharibəyə imkan daxilində tez bir zamanda son qoymağa cəylər edirik”, – türkiyəli nazir deyib.

Noyabr ayında məlumat verilib ki, Türkiyədə Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narişkin gizli sülh danışıqlarl aparır. Kreml bu məlumatları şərh etməkdən imtina edib.

Ankara hərbi müdaxilənin əvvəlindən özünün sülhməramlı səylərini nümayiş etdirir. Belə ki, yanvarın 5-də Prezident Ərdoğan telefon danışığında Putinə birtərəfli atəşkəs elan edilməsini təklif edib.

O, həmçinin Rusiya qoşunlarının müharibə müddətində zəbt edə bildiyi yeganə iri vilayət mərkəzi olan Xersondan çıxarılmasını alqışlayıb. Ərdoğan Xersonun Ukryanya nəzarətinə qaytarılmasını “mühim və poztiv” addım adlandırıb.

Niyabrın əvvəlində Ankara məlumat verib ki, Rusiyanı taxıl sövdələşməsinə qaytarıb. Sentyabrda o, işğal edilmiş ərazilərdə keçirilmiş “referendumları” tanımayıb, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə tərəfdar çıxıb.

Lakin Ukrayna tərəfinə belə açıq dəstək göstərməklə Türkiyə özü üçün Rusiya tərəfindən müəyyən preferensiyalar tələb edir. O cümlədən qaz üçün ödənişlərin təxirə salınmasını və mavi yanacağın qiymətinə 25 faiz güzəşt istəyir.

Həm də bu zaman Ankara təkcə 2023-cü ildə qaz tədarükü üçün Rusiyaya az ödəniş etməklə yanaşı, həm də 2022-ci ildə tədarük edilən qaza görə ödənilən pulların bir hissəsinin qaytarılmasını istəyir.

Tacxeber.com

Oxşar xəbərlər