Zaman maşını ixtira edərkən yoxa çıxan gəncin hekayəsi hər kəsi təəccübləndirir – FOTO
Çılğın Mayk adı ilə tanınan ixtiraçı öz hekayəsi ilə eşidənləri təəccübləndirir.
Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, əsl adı Mayk Markum olan gəncin ən böyük xəyalı zaman maşını düzəldərək gələcəyə səyahət etmək və lotereya rəqəmlərini tapıb varlı olmaq idi.
Elektrik mühəndisi olan Mayk 21 yaşında ikən “Yaqub Nərdivanı” adlı sınaq həyata keçirir. “Yaqub Nərdivan”ı aşağı hissələri bir-birinə yaxın, üst hissələri nisbətən daha uzaq, bir-birinə paralel iki çubuqdan ibarətdir. Təcrübə zamanı çubuqların aşağı hissəsindən minlərlə voltluq elektrik verilir. Bu elektrik yuxarı qalxaraq dalğa yaradır.
Dalğaların burulğan yaratdığnı görən Mayk boşluğa avtyorka atır və onun əvvəlcə yoxa çıxdığını sonra geri gəldiyini görür.O bu zaman metal cihazın zamanda zəyahət etdiyini düşünür. Üzərində işlədiyi zaman maşını yanan ixtiraçı yenidən işlərə başlayır.
Təcrübəni reallaşdırmaq üçün Mayka daha yüksək voltda enektrik enerjisi lazım olur. Yüksək voltlu enerjini təmin etmək üçün transfarmatoru almağa 20 min dolları olmayan gənc oğurluq edir. İxtiraçının cihazı yenidən işə salması ilə məhəlləsində işıqlar bir neçə saatlıq sönür.
Polis araşdırmalar nəticəsində onun evinə basqın edərək, transfarmatorları geri alır.
Bir neçə aylıq məhkumluq həyatından sonra azadlığa çıxan ixtiraçı getdikcə populyarlaşır və radio verilişlərinə qonaq kimi dəvət edilir. O, verilişdə çıxış edərkən ixtirasını aparmaq üçün rastlaşdığı çətinliklərdən danışır. Canlı yayımda telefon nömrəsini səsləndirməsindən sonra insanlar ixtirasına davam etməsi üçün Mayka maddi yardım göndərməyə başlayır.
Maykın yeni zaman maşınında yaranan burulğan bir insanın daxil olacağı böyüklükdə olur.
Növbəti dəfə 1996-cı ildə radio verilişində qonaq olan Mayk zaman maşınından istifadə edərkən yanında yalnız mobil telefonunu götürəcəyini deyir. O, həmçinin ixtiranı tamamalamaq üçün cəmi bir ayı qalğını söyləyir.
Daha sonra gənc ixtiraçı bir müddət yoxa çıxır. Radio verilişinə 1997-ci ildə zəng edən dinləyici 1930-cu ildə Kaliforniya sahilində metal borunun içərisində kişi meyiti tapıldığını, yanında da cib telefonuna bənzəyən cihaz olduğunu iddia edir.
O, Maykın zamanda keçmişə getdiyini demək istəyirdi. Lakin bir il sonra internetdə üzə çıxan Mayk 1930-cuildə öldüyünə dair iddiaları təkzib edir.
Polis qeydlərinə görə, Mayk Markum sonuncu dəfə 2015-ci ildə radio verilişində qonaq olub.
“Realmadmanmarcum” istifadəçi adı ilə sosial şəbəkələrdə meydana çıxan şəxs Mayk olduğunu iddia edir. İnsanlar onun həqiqətən Çılğın Mayk olduğuna dair sübutlar tələb etsə də, sosial şəbəkə istifadəçisi tələbləri qarşılıqsız qoyur.
Onun həqiqətən zaman maşını ixtira etməsi və səyahət etməsi ilə bağlı iddialar çoxdur. Hətta onun təcrübəsini reallaşdıraraq zamanda səyahət etdiyini düşünənlər də az deyil.
Həqiqətdə isə məşhur ixtiraçının başına nə gəldiyini yalnız o özü bilir.