• 20 Sentyabr 2024 02:32

Fazil Mustafa: “Bakıda ilk dəfə idi ki, yollar qara təslim olmamış, təmizlik işləri sürətlə görülmüşdü…”

 

“Dünən şəhərə bir az tərəddüdlə çıxmışdım. Necə olsa qarlı hava şərtlərində yolların həmişə fəlakətli durumda olmasını göz önünə gətirməliydim. Açığı xeyli təəccübləndim. İlk dəfə idi ki, yollar qara təslim olmamış, təmizlik işləri sürətlə görülmüşdü. Yolda səhər saat 11 civarında tıxacdan da əlamət yox idi. Demək ki, istəyəndə, işləyində olur”.

Tacxeber.com-ın xəbərinə görə, bunu deputat Fazil Mustafa bildirib.

“Mən şəhərin mərkəzindən söz edirəm, başqa istiqamətlərdə problemlərin olduğunu istisna etmirəm. Burada ən böyük əziyyət təbii ki, qar təmizləyən kommunal işçilərinin üzərinə düşür. Əziyyət çəkən, qısa müddətdə qarı təmizləyən, yolları sahmana salan insanlara, xüsusən də qadınlarımıza həqiqətən təşəkkür düşür. Rayon icra hakimiyyəti strukturlarının gecə-gündüz çalışmalarını da gözardı etmək olmaz. Bakı şəhər icra hakimiyyətinin mobil təşkilatçılığı da bu dəfə xüsusi diqqət cəlb edirdi. Demək ki, vaxtında hazırlaşanda sıxıntıları minimuma endirmək mümkün olur. Artıq bundan sonra  Bakıda qara sevimli təbii nemət kimi baxa bilərik”, – F.Mustafa qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər