“Mən həll yolunu nə olduğunu bilirəm, yaxın gələcəkdə bunun şahidi olacağıq”.
Bunu “Milli Xalq Qütbü”nün üzvü Jirayr Sefilyan deyib.
Bu gün İrəvanın Azadlıq meydanında anti-Rusiya mitinqi baş tutub. Mitinqin təşəbbüskarı “Milli Xalq Qütbü”nün üzvləri və onların tərəfdarları olub.
Aksiya iştirakçıları Rusiya Federasiyasının səfirliyinə doğru yürüş ediblər.
“Deməli olduğum şey gələcək dövrlər üçün əsas həll yolu olacaq. Bu vəziyyətdən çıxmağın çarəsi erməni xalqının özünü ifadə etməsidir.
Xalq özünü göstərəcək və həmin statusdan çıxış edərək, potensial müttəfiqlərinin əlini sıxacaq.
Biz o müttəfiqlərin əlindən möhkəm tutmalıyıq. Təbii ki, söhbət ABŞ və Fransadan gedir.
Erməni xalqı onların əllərini möhkəm sıxmalı və paralel olaraq Rusiyanı bu regiondan çıxarmalıdır.
Həll yolu bu qətnamədə var ki, biz yaxın gələcəkdə bunun şahidi olacağıq.
100 il əvvəl Qərb gəmiləri qalxmırdı, bu gün texnologiya o qədər inkişaf edib ki, gəmilər dağlara qalxır. 100 il əvvəl Rusiya imperiyasının bərpası nəticəsində respublikamızı itirdik.
Bu gün bizim bəxtimiz gətirdi ki, indi Rusiya imperiyası zəifləyir, nəhayət, sona çatır. Ermənilər bu fürsəti dərk edib milli dövlət yaratmaq üçün istifadə etməlidirlər”, – deyə Səfilyan bildirib. (Konkret.az)