Yaşar Nurinin qızı evlilik verilişinə çıxıb
İkinci dəfə ailə qurmaq üçün “Elgizlə izlə” ictimai-sosial verilişinə gələn mərhum Xalq artisti Yaşar Nurinin müğənni qızı Ülkər Yaşarqızı türk həmkarı Barış Kömürcüoğlu ilə münasibətlərindən söz açıb.
Tacxeber.com xəbər verir ki, o, münasibətlərin isti olduğunu açıqlayıb:
“Biz artıq dostlaşmışıq. Verilişə gələndə bilmirdim ki, belə hadisələr yaşanacaq. Barışı illər əvvəl iştirak etdiyi “Pop star” mahnı yarışması ilə tanımışam. Özünə də söylədim ki, səni oradan tanımışam. Onun səsini və sənətini bəyənmişəm.
Heç zaman bir bəyin xarici görünüşünə baxıb “Necə yaraşıqlı oğlandır, bununla münasibət qurardım” düşüncəm olmayıb. Barışı verilişdə gördüm, onunla dostlaşdım. Bir-birimizi bəyəndik. Bir tərəfli danışmıram. Söhbət təkcə qadın-kişi münasibətlərindən getmir.
Ən başda bir bir-birimizi insan kimi bəyənmişik, dərdləşib, danışmışıq. Bizim hələ dost münasibətlərimiz var. Əgər bir-birimizi çox istəsək.. Sevgi münasibətlərindən danışmıram, bir-birimizi başa düşəriksə, münasibətlərimizə heç kim qarışa bilməz.