• 22 Noyabr 2024 13:22

Azərbaycanda yayılan xəstəlik nə COVİD-dir, nə donuz qripi, müalicəsi də yoxdur – Professor

Azərbaycanda yayılan xəstəlik nə COVİD-dir, nə donuz qripi, müalicəsi də yoxdur  - Professor

Ötən il Azərbaycanda koronavirusun omikron ştammı aktiv olsa da, yoluxanlarda ciddi pnevmoniya və boğulma yaratmırdı. Hətta həkimlər bu virusa yoluxanları müalicə etməkdə çətinlik çəkmirdilər. Ancaq ötən ilin noyabrdan başlayaraq, ölkədə naməlum bir virus yayılıb.

Xəstəlik ağır keçir, ağciyərlərə çökür, güclü öskürək, bronxospazm verir. Bəs, yayılan xəstəliyin adı nədir, necə müalicə olunmalıdır?

 Tanınmış pulmonoloq, professor Əlizamin Sadıqov xəstəliyin nə koronavirus, nə də “donuz qripi” olmadığını açıqladı.

“Hazırda pnevmoniyaya yox, bronxlarda problemlərə, bronxolialara rast gəlinir. Xroniki xəstəliklər kəskinləşir, virus infeksiyası fonunda astma, obsussiv ağciyər xəstəliyi, bronxit var. Hərə bir söz danışır, hərə bir xəstəlik axtarır. Bu gün artıq Azərbaycanda koronavius aktual deyil.

Bu məsələni qapatsaq, yaxşıdır. Hər şeyi adıyla çağırmaq lazımdır ki, xəstə də bilsin, həkim də. Sıradan olan həkimlər bəzən elə savadsız yorumlar verirlər ki… Hətta kronavirusun yeni mutasiyasını axtarırlar. Bunu nə Amerika sübut edib, nə Fransa. Amma Azərbaycanda qəribə fantaziyalar yayılır. Hazırda bizdə dövriyyədə olan virus respirator sinsal virusdur, daha çox uşaqlarda rast gəlinir, bir az da yaşlı, xroniki xəstəliyi olan insanlarda problem yaradır”.

Ə.Sadıqov bildirir ki, bu gün ölkədə uşaqlar bu virusu ağır keçirir:

“Uşaq həkimləri, xəstəxanalar, reanimasiyalar yüklənib. Virus daha çox aşağı tənəffüs yollarını zədələyir. Bu gün pnevmoniya, uşaqlarda daha çox bronxialit yayılıb. Daha çox 5 yaşa qədər uşaqları, hələ immun sistemi tam formalaşmamış, həssas olan körpələri pis yaxalayır. Bu körpələrin ağciyərləri hələ formalaşmadığı üçün daha çox təhlükəlidir. Onların tənəffüs dəstəyinə ehtiyacı var. Bu virusun təəssüf ki, bizdə diaqnoz metodu və dərmanı yoxdur. Virus Qərbi Avropada yayılmağa başlayıb, 4 aydan sonra Şərqi Avropaya, Rusiyadan da bizə keçdi. Noyabrdan dövriyyədədir, yeni virus deyil, bitmə vaxtını da deyə bilərəm: fevralın sonu, martın əvvəli”.

Mütəxəssis bildirdi ki, bu virus xəstəliyini pnevmoniya kimi müalicə etmək olmaz:

“Bu, yanlışdır, Azərbaycanda viral dərmanlar yoxdur. Belə virusları müalicə etmək üçün xüsusi bahalı dərmanlar var, onlar bizdə yoxdur. Ona görə əlac qalır dəstəkləyici terapiyaya. Uşaqları müəyyən dərmanlarla inhalyasiya etmək yaxşı nəticə verə bilər. Boşuna körpələrə antibiotik vermək tövsiyə edilmir. Ciddi müalicə tələb edilmir, öz müddəti var, 2-3 həftəyə özü bitir”. (Medicina)

Tacxeber.com

Oxşar xəbərlər