İngiltərədə müsəlman olduğu bildirilən şəxsin dəfn mərasimində kuryoz hadisə yaşanıb.
Tacxeber.com “Haberler.com”a istinadla xəbər verir ki, dəfn zamanı yağışın başlaması ilə qəbiristanlığı su basıb.
Belə ki, tabutu daşıyan şəxslər müvazinətini itirib və tabut yerə düşüb. Bu zaman yerə düşən cəsəd məzarlığa doğru yuvarlanıb.
Dəfn sahibləri səlahiyyətlilərə zəng edərək kömək istəyiblər. Qəbiristanlıqdakı su xüsusi qurğu ilə çəkildikdən sonra meyit məzardan çıxarılıb. Mərasimdən sonra cənazə müvafiq qaydada torpağa tapşırılıb.