• 22 Noyabr 2024 23:13

Ekspert 500 manat müavinətdən danışdı: “Valideynlərdən birini fiziki ağrı, digərini maddi ağrı sevinməyə qoymurdu…”

 

“Prezident sosial müavinətləri və Şəhid ailələri üçün Prezident təqaüdünün məbləğini artırdı. Tələbələrin də təqaüdləri artırıldı. Eyni zamanda müəyən qurumlarda çalışanların əmək haqları da 15% artırıldı. Bunların hamısı yaxşıdır. Amma ən vacib olanı yeni doğulan uşağa görə 500 manat müavinətin verilməsidir. Bunu həqiqətən çox vacib və ciddi sosial əhəmiyyətli qərar hesab edirəm”.

Tacxeber.com-ın xəbərinə görə, bunu ekspert Eldəniz Əmirov bildirib.

“Çünki regionlarda ailədə uşaq doğulana yaxın insanlar bəzən sevincdən tam zövq ala bilmirdilər. Buna görə də bəzən ailə körpə sevinci yaşamalı olduğu məqamda valideynlərdən birini fiziki ağrı, digərini maddi ağrı sevinməyə qoymurdu. Odur ki, bu 500 manatlıq müavinət həmin an maddi ağrını neytrallaşdıraraq sevinc yaşamağa imkan verəcək”, – o qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər